Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə57/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 IX mühazirə 
Ali məktəbdə tərbiyənin məqsədi, məzmunu, yolları və vasitələri
Plan:
1. Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
2. Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək 
tərbiyəsi
3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi
4. Tələbə kollektivinin şəxsiyyətə təsiri 
5. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
1.Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan 
şəxsiyyətinin layihəsi başa düşülür. Ali məktəbdə tərbiyənin başlıca məqsədi ahəngdar 


inkişaf etmiş şəxsiyyət – Vətəndaş yetişdirməkdir. Belə şəxsiyyət birtərəfli yox, bir 
çox cəhətdən (zehni, fiziki, mənəvi və s. cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf 
etmiş şəxsiyyətin keyfiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında 
tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır. Bunu cədvəl 
şəklində nəzərdən keçirək.
Ahəngdar 
inkişaf 
etmiş 
şəxsiyyətin əsas keyfiyyətləri 
Tərbiyənin tərkib hissələri 
1. İntellektual keyfiyyətlər
2. İdeya-mənəvi yetkinlik 
3. Əmək və peşə hazırlığı 
4. Estetik zövq
5. Fiziki sağlamlıq, gümrahlıq
6. Ekoloji, hüquq və iqtisadi 
mədəniyyət 
1. Zehni (əqli) tərbiyə
2. İdeya-mənəvi tərbiyə
3. Əmək tərbiyəsi 
4. Estetik tərbiyə 
5. Fiziki tərbiyə
6. Ekoloji, hüquq və iqtisadi tərbiyə 
Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə 
həyata keçirilməlidir. Tərbiyənin məzmunu. Məqsəd – pedaqoji prosesin birinci 
ünsürüdür. O, fəaliyyətin digər ünsürlərini – məzmun, vasitə və metodları müəyyən 
edir. Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin 


məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə 
birləşdirir. Buraya elmi dünyagörüşünün formalaşması, əqli tərbiyə, ideya-mənəvi 
tərbiyə, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, ekoloji, hüquq və iqtisadi tərbiyə 
daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində 
mühüm rol oynayır. Tərbiyənin tərkib hissələri birlikdə ümumi məqsədin – ahəngdar 
şəxsiyyət tərbiyəsinin həyata keçirilməsində iştirak etsə də, onların hər biri özünə 
məxsus aparıcı (dominant) funksiyanı yerinə yetirir. Bütövlükdə tərbiyə prosesini 
səmərəli qurmaq üçün onun ayrı-ayrı tərkib hissələrinin xüsusiyyətlərini, vəzifələrini, 
məzmun və formalarını qısaca nəzərdən keçirək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin