Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə59/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Əqli (zehni) tərbiyə. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə 
yiyələnməsinə, yaradıcı düşünmə bacarıqlarının inkişafına yönələn təlimtərbiyə 
prosesi başa düşülür. Əqli tərbiyə gənclərin dünyagörüşünün formalaşmasında 
həlledici rol oynayır. Gənclik dövrü dünyanı dərk etmək, elmlərə daha intensiv 
yiyələnmək, intellektual həyatda özünü təsdiq etmək dövrüdür. Tələbə gənclər əqli 
əməyin gözəlliyini dərk etməli, təhsil onlar üçün sevinc mənbəyi, intellektual 
zənginlik mənbəyi olmalıdır. Bu isə müəllimdən, onun elmi hazırlığından, 
erudisiyasından, elmi maraqarının zənginliyindən, habelə tələbə qrupunun intellektual 
həyatının zənginliyindən, oradakı intellektual fondan (qrupdakı tələbələrin böyük 
qisminin təlimə fəal münasibətindən, elmi hazırlığından) çox asılıdır. Təcrübə göstərir 
ki, tələbə qrupunda intellektual fon nə qədər yüksək, intellektual həyat nə qədər 
zəngindirsə, tələbələr bir o qədər zehni cəhətdən fəal olurlar; hər kəs zehni əməkdə 
özünü təsdiq etməyə çalışır, elmi bilikləri əldə etməyə hərislik göstərir. Tək-tək zəif 
oxuyan tələbələr də belə zəngin intellektual həyatın təsiri ilə təlimə səy göstərirlər. 
Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli təşkilindən, təlimdə 
axtarıcılıq, tədqiqatçılıq situasiyasının yaradılmasından çox asılıdır. Müəllim tələbələri 
zehni və əməli problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara geniş 
cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq, tədqiqatçılıq işi tələbəyə öz 
qüvvəsi ilə yeni elmi biliklər əldə etmək, elmi problemləri həll etmək sevinci – kəşf 
sevinci bəxş edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri yaradır. 
Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və mənəvi yüksəlişinin vacib şərtidir.


İdeya-mənəvi tərbiyə. İdeya-mənəvi tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət 
tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya-mənəvi tərbiyənin nəzəri əsasını 
dialektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi normalar 
təşkil edir. İdeya-mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, hiss və əməli 
fəaliyyətin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın 
davranış və fəaliyyət motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə 
mənəvi gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik qarşısında təəccüb, iftixar 
hissləri yarandıqda siyasi və əxlaqi ideyalar insanın inamına, əqidəsinə daha tez 
çevrilir, onda həmin ideyalarla yaşamaq arzusu və həvəsi doğurur. K.D.Uşinskinin 
dediyi kimi, insanın xarakteri gənclik alovunda yaranır. Çalışmaq lazımdır ki, 
gənclərin qəlbində əxlaqi nəciblikdən doğan alov həmişə yansın, onları xeyirin 
təntənəsinə, şərə qarşı mübarizəyə yönəltsin. İdeya-mənəvi tərbiyə qarşısında bir sıra 
vəzifələr durur: - gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın 
inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək; - gəncləri mütərəqqi bəşəri 
milli ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə 
silahlandırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri 
bacarıq və vərdişlər aşılamaq. İdeya-mənəvi tərbiyə işi ilk növbədə təlim prosesində 
həyata keçirilir. Ayrı-ayrı fənlərin tədrisində ictimai-siyasi baxışlar, ideya inamı 
formalaşdırmaq üçün geniş imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib 
gənclərdə ideya-siyasi təsəvvür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi 
həyat hadisələrinə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. İdeya-mənəvi 
tərbiyənin mühüm bir istiqaməti gənclərin ictimai-siyasi fəaliyyətini təşkil etməkdən 
ibarətdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin