Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə55/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları. Tərbiyə işinin səmərəsi 
onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd 
baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə 
tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri 


ilə tanış olur, onu tənzim edir. Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: 
gənclərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, 
söhbətlər, müxtəlif sorğular, fəaliyyət və davranışın, habelə gənclərə verilən ictimai 
tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s. 
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də özünənəzarətə, 
özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Gənclərə özlərinə 
düzgün 
qiymət 
verməyi 
öyrətmək 
lazımdır. 
Yanlış 
(qeyri-adekvat) 
özünüqiymətləndirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı 
qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir. Yuxarıda nəzərdən 
keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də 
hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir 
priyomlarından da istifadə olunur. Bu zaman gəncə birbaşa təsir göstərilmir, onun 
nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq 
dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:
- Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, gəncin intim 
hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq 
edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən 
keyfiyyəti aşılamaq üçün tələbənin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda 
tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s. 
Fəaliyyətin və davranış təcrübəsinin təşkili priyomları: tələbəni maraqlı fəaliyyətə 
(tapşırıqlara) cəlb etmək, zəif tələbələr üzərində hamilik işinə cəlb etmək, onun 
gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək (“partlayış” 
və ya “heyrətləndirmə” priyomu).
- Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana 
yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “gü98 
nahkar” şəxs öz payını götürür).


- Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yoxlamağı, 
hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə edib 
qiymətləndirmək və s. Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı 
vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən 
ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda 
yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və 
fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib 
(optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin