Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə54/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar. Bu metodlar qrupu insanın hissi 
aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən 
çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu 
rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir. 
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, qabaqcıllar sırasına 
çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-


psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc sağlam 
rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu 
meyli təmin etməyə xidmət göstərir. Rəğbətləndirmə metodu insanın davranış və 
fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən 
metoddur. Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə 
olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, 
şərəf lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, 
valideynlərə razılıq məktubu göndərmək və s. Cəzalandırma metodu insanın davranış 
və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi 
güdür. Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və 
yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya, 
gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. Cəzalandırma və 
rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə 
tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi 
şərtləri gözləmək vacibdir:
a) rəğbətləndirmə və cəza ədalətli (gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı 
ölçülüb-biçilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura bilər;
b) cəza zamanı müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);
c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci 
dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz);
ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün 
yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər). 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin