Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə50/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş 
xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə 
əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi 
yanaşaraq yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə 
cavab qaytarmalı olur. Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə 
almaq lazımdır:
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları düzgün 
nəzərə alınmalıdır;


- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir.
Gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla 
ünsiyyətdə əmr tonu yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir. 
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip tərbiyə 
işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət 
dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, 
temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən 
fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri 
utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə almadan uğur 
qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir göstərir.
Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz 
hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi 
xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun 
qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, 
özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh 
düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır. Tərbiyəçi insana 
dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Səndən adam çıxmaz”, 
“Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini 
çətinləşdirir. Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına 
baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, 
öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipi insanın müsbət 
cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmaqda özünü göstərir. Hər 
bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb 
tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan 
ibarətdir. Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana 
münasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Tələbəyə 
hmət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi 


ləyaqət hissini gözləmək deməkdir. İnsana hörmət etmək heç də ona güzəşt etmək, 
nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq 
insanı nöqsanlardan xilas olmağa gətirib çıxarır, nöqsanların kök salmasına imkan 
vermir. Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda 
insan ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq, 
sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət 
və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı 
uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin