Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Tərbiyənin qanunauyğunluqları və prinsipləri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə49/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri
Tərbiyənin qanunauyğunluqları. Tərbiyə işini düzgün qurmaq və elmi əsasda idarə 
etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə almaq 
lazımdır. Tərbiyə prosesinin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə 
xas olan ən ümumi, mühüm və sabit əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Bu 
qanunauyğun əlaqələrin öyrənilməsi və yığcam, məntiqi şəkildə ifadəsi sayəsində 
tərbiyə qanunları müəyyən edilir. Tərbiyə qanunları müvafiq prinsiplərdə öz əksini 
tapır.


Tərbiyənin prinsipləri, onların təsnifatı. Tərbiyə prinsipləri tərbiyə prosesinin 
qanunauyğunluqlarını əks etdirən, tərbiyə işində rəhbər tutulan əsas tələblərə, başlıca 
müddəalara deyilir. Tərbiyə prosesi elmi prinsiplər əsasında qurulduqda daha yaxşı 
nəticə verir. Əksinə, tərbiyə prinsiplərinə etinasız yanaşdıqda xoşagəlməz nəticələr 
alınır. Məsələn, tələblərdə vahidlik pozulduqda insanda müsbət davranış adətləri 
yaratmaq çətindir. Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri arasındakı 
qanunauyğun əlaqə və asılılıqları tənzimləməyə xidmət edir. Buna görə də tərbiyə 
prinsiplərini tərbiyənin qanunaları əsasında təsnif etmək mümkündür 
Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi. Tərbiyədə məqsədyönlülük 
prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və 
onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları 
da məqsədlə müəyyən olunur. Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd 
tərbiyə işinə düzgün istiqamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tərbiyə işini 
məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə 
aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır, ictimai 
münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. 
Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə 
vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin