Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə47/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

VIII Mühazirə
Ali məktəbdə tərbiyə işinin mahiyyəti, prinsip və metodları
Plan: 
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri
2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri
3. Tərbiyə metodları
4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək 
lazımdır. Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə 
avtoritar tərbiyə hakim idi. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi. 
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə 
insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi 
başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (J.J.Russo). Tərbiyəyə 
müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: tərbiyə insana müəyyən 
sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır. Müasir 
pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi 
baxır. Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi 


dialektik səciyyə daşıyır. Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında 
özünü göstərir. Ziddiyyətlər və onların həlli tərbiyə prosesinin əsas hərəkətverici 
qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür. Xarici 
ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi 
arasındakı ziddiyyətlərlə bağlıdır. Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas 
olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili 
ziddiyyət insanın mənəvi tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. 
İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, 
əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Bu zəmində insan tədricən həyatı, başqa 
adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, 
münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir. 
Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar şəxsiyyət tərbiyəsinin vacib 
şərtidir. Əks halda «saqqallı uşaqlar» yarana bilər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin