Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Təlimdə nəzarət və qiymətləndirmə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə45/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

7. Təlimdə nəzarət və qiymətləndirmə
Təlim müvəffəqiyyətinə nəzarət. Ali məktəbdə müvəffəqiyyətə nəzarət, biliyin 
yoxlanması və qiymətləndirilməsi təlim prosesində mühüm yer tutur, bu prosesin 
vacib bir ünsürünü təşkil edir. Nəzarətin məqsədi tələbənin bilik, bacarıq və 
vərdişlərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qarşıya qoyulmuş məqsədə 
uyğunluq dərəcəsini müəyyən etməkdən ibarətdir. Nəzarət müvəffəqiyyətin hesaba 
alınması, yoxlama və qiymətləndirmə ilə sıx bağlıdır. Hesabaalma (uçot) nəzarətin 
müəyyən sənədlərdə (jurnallarda, imtahan vərəqələrində və s.) əks olunmasıdır. 
Yoxlama nəzarət prosesi, onun vasitəsidir. Qiymət yoxlamanın nəticəsi, 
müvəffəqiyyətin kəmiyyət göstəricisi, onun balla (rəqəmlə) ifadəsidir. Nəzarət 
monitorinq, diaqnostika anlayışları ilə də sıx bağlıdır. Monitorinq təlim (yaxud 
mənimsəmə) prosesinin mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə olunan 
nəticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib qiymətləndirilməsi 
(diaqnostika), keyfiyyəti yüksəltmək yollarının müəyyən edilməsi (proqnozlaşdırma) 
və bu məqsədlə lazımi korreksiya işi aparılması proseslərini özündə birləşdirən 
müntəzəm 
nəzarət 
deməkdir. 
Deməli, 
monitorinqdə 
nəzarət, 
diaqnostika, 
qiymətləndirmə, korreksiya və proqnozlaşdırma kimi proseslər vəhdət halında çıxış 
edir. Diaqnostika təlim prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə 
çıxarmaq, onları təhlil edib qiymətləndirmək, sonrakı inkişafını proqnozlaşdırmaq 
kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir. Pedaqoji nəzarət bir neçə 
funksiyanı yerinə yetirir: yoxlama, diaqnostik, proqnostik, təhsil, tərbiyə funksiyası. 
Pedaqoji nəzarət müəyyən prinsiplər əsasında həyata keçirilir: nəzarətin sistemliliyi, 


fərdiliyi, hərtərəfliliyi, obyektivliyi prinsipləri. Ali məktəbdə pedaqoji nəzarət 
müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə nəzarətin bir neçə 
növü fərqləndirilir: cari (gündəlik), tematik (iri mövzu və bölmələr üzrə), dövri 
(vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin sonunda), yekun nəzarət (kurs bitdikdə, 
imtahanlar, kurs işi, buraxılış işi və diplom müdafiəsində). Nəzarətin əhatə 
dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal nəzarət formalarından 
istifadə olunur. Nəzarət müxtəlif metodların vasitəsilə aparılır. Yoxlama və 
hesabaalma zamani istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və 
yazılı sorğular, yoxlama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, 
yaradıcı tapşırıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və 
çertyojlar), kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), 
maşınlı nəzarət və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət. 
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin 
səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. Təlim 
müvəffəqiyyətinin qiymətləndirilməsi. Təlimdə nəzarət, yoxlama müvəffəqiyyətin 
qiymətləndirilməsi ilə nəticələnir. Qiymətləndirmə təlim prosesini tamamlayan 
pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yaratmağa, 
tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa kömək 
edir. Qiymətləndirmə bir neçə funksiyanı yerinə yetirir: nəzarət, öyrədici, 
stimullaşdırıcı, tərbiyə funksiyaları. Qiymət çox incə bir pedaqoji vasitədir; o, 
tələbələri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin necə 
verilməsindən, ədalətli olub-olmamasından asılıdır. Qiymətləndirmə zamanı bəzi 
şərtləri gözləmək lazımdır:
1) qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik səviyyəsini düzgün əks 
etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik 
etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə 
öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq 
normalara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır; 


2) verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) 
sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün 
«kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir. Bu
halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;
3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də necə 
öyrənməsini — şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa 
əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında, 
mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu metodikasına uyğun olaraq təlim 
materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin