Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə42/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Laborator məşğələlər. Laborator məşğələlər tələbələrin müstəqil iş növlərindən biri 
olub, onların xüsusi alət və cihazlarla təcrübə və müşahidələr aparmasını nəzərdə tutur 
(latınca “laboratorium” - əmək, iş deməkdir). Belə məşğələlər təlim prosesində böyük 
əhəmiyyətə malikdir. Onların vasitəsi ilə öyrənilən nəzəri biliklər təcrübəyə tətbiq 
olunaraq daha da dərinləşir, konkretləşir, tələbələr cihaz və alətlərlə işləmək və 


təcrübə qoymaq, nəticələr çıxarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-
tədqiqata maraq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan tələbə və 
magistrlər üçün çox vacibdir. Laborator məşğələlər müxtəlif vəzifələri yerinə yetirir: -
nəzəri biliklərin müasir texniki baza əsasında tətbiqini öyrətmək;
- gələcək mütəxəssis üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırmaq;
- tələbələrdə tədqiqatçılıq maraqları və qabiliyyətini inkişaf etdirmək.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. Frontal 
məşğələlər zamanı qrupdakı bütün tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə) eyni 
təcrübəni, eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi ilə eyni 
vaxtda aparılır. Praktikumlar (səpəli məşğələlər) cihazların sayı az olduqda kiçik qrup 
tərkibində, həm də müəyyən mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə 
məşğələlərdə daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensatorun 
həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi (fizika), üzvi və qeyri-üzvi 
maddələrin sintezi, istilik, torpaq və ərzaq məhsullarının tədqiqi (kimya) və s. 
Laborator məşğələlərin quruluşu praktik məşğələdəki mərhələlərə uyğun gəlir: giriş, 
işin icrası, nəzarət, yekun mərhələləri. Laborator məşğələnin səmərəli təşkili üçün 
müəyyən pedaqoji şərtlərə əməl edilməlidir:
a)tələbələrin məşğələlərə nəzəri hazırlığını təmin etmək;
b) onların müstəqilliyini, tətqiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və 
eksperimentlərə yaradıcılıq, tədqiqat elementləri daxil etmək;
c) tələbələri elmi idrak metodları, eksperimentin ümumi metodikası ilə silahlandırmaq;
ç) onları təlimdənkənar elmi işlərə ‒ elmi dərnəklərə, tələbə elmi cəmiyyətinə cəlb 
etmək, tələbələrə öz səviyyələrinə uyğun fərdi-diferensial yanaşmanı həyata 
keçirtmək;
d) tələbələrin tədqiqatçılıq maraqlarını peşə-ixtisas yönümü ilə əlaqələndirmək.
Təlimin nəzərdən keçirilən praktik formaları düzgün təşkil edildiyi şəraitdə nəzəri 


bilikləri təcrübəyə tətbiq etmək, onlardan əməli peşə fəaliyyətində müstəqil və 
yaradıcı şəkildə istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oynaya 
bilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin