Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə39/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Mühazirəyə verilən tələblər. Yaxşı mühazirə necə olmalıdır? O, hansı tələblərə cavab 
verməlidir? Mühazirənin səmərəli olması üçün ona müəyyən pedaqoji tələblər verilir. 
Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1.Mühazirənin məzmununa verilən tələblər: mühazirə tədris proqramına uyğun 
olmalıdır; elmin müasir səviyyəsini əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh 
edilməli; mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, nəzəriyyə və 
təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik və s) 
2. Mühazirəçinin nitqinə verilən tələblər: mühazirəçinin nitqi aydın, sadə, yığcam, 
ədəbi dil normalarına uyğun, anlaşıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq 
tempində), tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq ton 
dəyişməlidir); nitq texnikasından (diksiya, intonasiya, məntiqi vurğu, pauza və s.), 
mimika və jestlərdən düzgün istifadə etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif 
üslubların elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə birləşdirən 
elmi üslubda olmalıdır.
3. Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər: mühazirədə yüksək 
mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı inam, 
anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional fon 
yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti
yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik 
olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.
4.Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər: mühazirə prosesində tələbələrin 
fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edilməlidir: 
problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizələr 
yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diqqəti 


cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək və s.
Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim 
mühazirəyə ciddi hazırlaşmalı, mühazirənin təşkilati tərəfinə, quruluşuna da ciddi fikir 
verməlidir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin