• Regional distant təlim sistemləri və onların təminatı.
• Lokal distant təlim sistemləri və onların təminatı.
Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır:
• Distant təlimin konseptual aspektləri.
• Distant təlimin didaktik aspektləri.
• Distant təlimdə testləşdirmə.
• Distant təlim şəraiti və texnologiyaları.
• İnformasiyaların verilməsi qaydaları.
• Kommunikasiya formaları.
Bütün dünyada distant tgəlimi reallaşdırmaq məqsədilə tədris proqramlarının
transiyasiyasından geniş istifadə olunur. Bu zaman geniş auditoriya üçün müxtəlif
təlim idrak proqramları, mühazirələr nümayiş etdirilir. Distant təlimin bu formasından
iqtisadi, hüquqi, ekoloji, elmi, mədəni və digər biliklərin
əldə edilməsində istifadə
olunur. «Qlobal mühazirə zalı», «Dünya universiteti», «Xalqlararası elektron
universitet)) və digər distant təlim sistemləri bütün dünyada geniş yayılmışdır. Bu
elektron sistemlər dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət
yaratmağa, insan həyatının müxtəlif sferaları haqqında biliklər mübadiləsi və
diskussiya təşkil etməyə şərait yaradır. Distant təlimin regional sistemləri ayrıca
götürülmüş region daxilində, regionun xüsusiyyətləri nəzərə alınmaqla, təhsil
vəzifələrini həyata keçirir. Həmin sistem federal distant təlim sisteminin tərkib
elementidir. Bu səbəbdən də. regional sistemlər yaradılarkən, konkret dövlət təhsil
standartlarının tələbləri nəzərə alınmalıdır. Lokal distant təlim sistemi bir şəhər, yaxud
bir universitet çərçivəsində hər hansı professional bilik .sahəsi çərçivəsində
reallaşdırılır. Distant təlim sisteminin əsas vasitəsi telekommunikasiya sistemidir.
Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir:
• zəruri tədris və tədris-metodik materialın təmin edilməsi;
• öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması;
• distant təlim sistemi daxilində idarəetmə informasiyası mübadiləsi;
• xalqlararası informasiya şəbəkəsinə qoşulmaq.
Respublikamızda distant təlim sistemini formalaşdırmaq üçün, birinci, interaktiv
sputnik televiziyası yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından
ibarət olmalı və sputnik kanalları ilə birləşməlidir. İkincisi,
regionlarda ali məktəb
kompüter telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN)
inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. Üçüncüsü, respublika
daxilində mövcud olan sahə ilə distant təlim sistemlərinin əlaqəsi təmin edilməlidir.
Dördüncüsü, kompüter telekommunikasiya üçün müvafiq təlim xarakterli informasiya
ehtiyatlarının sistemini yaratmaq və nəhayət, ən başlıcası, elektron kitabxanalar
sistemini inkişaf etdirmək lazımdır.
Kütləvi auditoriya üçün nəzərdə tutulan distant təlim formasından
başqa ünvan
xarakterli mühazirə və məşğələləf sistemi də mövcuddur. Bu halda müvafiq kursu
bitirən şəxs imtahan verib, müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər.
Distant təlim texnologiyası dedikdə, insanın müəyyən bilikləri müstəqil surətdə əldə
etməsinə, habelə bu prosesə nəzarət etməyə imkan verən metod, forma və vasitələrin
məcmusu başa düşülür. Distant təlim texnologiyası aşağıdakı vəifələrin həllini təmin
etməlidir:
• təhsilalanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq.
• öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək;
• tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq;
• qiymətləndirmə. Dünya praktikasında bu vəzifələrin
həllini təmin edən
texnologiyalar aşağıdakılardır;
• Tədris və digər çap materialının təqdim edilməsi.
• Öyrənilən materialların kompüter telekommunikasiya vasitəsilə göndərilməsi.
• Kompüter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi.
• Videoplyonka.
• Milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramlarının
transiyasiyası.
• Kabel televiziyası.
• Səsli poçt.
• İkitərəfli videokonfrans.
• Birtərəfli videotransiyasiya və telefonla əks-əlaqə.
• Lazer disklərində kompüter elektron dərsliklər, yaxud elektron dərsliklər.
Distant təlim texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan ibarətdir:
- tədris və digər çap materiallarının kompüter telekommunikasiya vasitəsilə
göndərilməsi;
- milli və resgional televiziya və radiostansiyalar vasitəsilə tədris
proqramının translyasiyası;
- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və tələbə arasında
sinxron ünsiyyətin yaradılması;
- video distant təhsilin mühüm vasitəsidir (videoplyonka, videokonfrans).
Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən
kompleks şəkildə
istifadə olunur.