Buna görə də pedaqogikanın «bilik- lərdən-problemə» strategiyası müasir dövrdə
özünü doğrultmur və öz yerini «problemlərtiən-biliklərə» strategiyasına verir. Deməli,
problemli təlim inkişafetdirici təlim funksiyasından çıxış edir. Problemli təlim
texnologiyalarından müvəffəqiyyətlə istifadə etmək üçün ali məktəb müəllimi problem
situasiyaların strukturunu və tipologiyasını, həlli yollarını, pedaqoji priyomlarmı, bir
sözlə, problemli təlimin taktikasını yaxşı bilməlidir. Problemli təlim o halda
mümkündür ki, tələbə nəyi bilmədiyini və nəyi həll etmək lazım olduğunu yaxşı dərk
edir. Beləliklə, təhlil prosesində problem-situasiya problem məsələyə çevrilir. Problem
məsələ bir sıra suallar doğurur: «Bu ziddiyyəti nə ilə izah etmək və necə həll etmək?»
Problem suallar - problem məsələni, problem məsələ isə problemin həlli modelini
doğurur. Problemin həlli modeli - həllin yollarını, vasitə və metodlarını nəzərdə tutur.
Ali məktəb təcrübəsində problemli təlim aşağıdakı formalarda təşkil olunur:
• Problemli ləlimin monoloji mühazirə vasitəsilə təşkili forması;
• Problemli təlimin seminar məşğələlərində dialoq vasitəsilə təşkili forması;
• Eksperiment aparılması zamanı problemli ləlimin qismən-axtarıcılıq formasında
təşkili;
• Problemli ləlimin tələbənin müstəqil tədqiqatçılıq fəaliyyətində təşkili forması.
Əslində pedaqoji prosesin çox mühüm tərkib hissəsi olan problemli situasiya bütün
təlim məşğələlərində yaratmaq mümkündür. Ancaq bununla belə, yalnız o
texnologiyalar problemli adlanır ki, orada problemli təlimə xas olan ləlim metodları və
təşkili formaları tətbiq olunsun.
Dostları ilə paylaş: