Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə31/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4. Təlimdə nəzarət metodları. Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərindən 
biridir. Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar:
a) şifahi nəzarət metodları;
b) yazılı nəzarət metodları;
c) laborator və praktik nəzarət metodları;
ç) maşınlı nəzarət metodları;
d) özünənəzarət metodları.
Bu metodlarla yanaşı, müəllim gündəlik müşahidə yolu ilə tələbələrin təlimə 
münasibətini, fəallıq və səyini öyrənib nəzərə alır. Şifahi nəzarət metodları içərisində 
şifahi sorğu geniş yayılmışdır. Onun üç növü vardır: fərdi sorğu, frontal sorğu və 
intensiv. Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir. 
Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (ifadə, inşa, məsələ və misal həlli), test 
yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama 
metodları daxildir. Nəzərdən keçirilən metodlarla yanaşı hazırda təlim prosesində 
interaktiv təlim metodlarından da geniş istifadə edilir. Belə metodlara “əqli hücüm” 
(və ya “beyin həmləsi”), “Dəyirmi masa”, “insert” metodu, “bibo cədvəli” metodu, 
Venn diaqramı metodu, şaxələndirmə (klaster) metodu, ziqzaq (ekspert) metodu və b. 
daxildir. Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi məsələsinə yaradıcı yanaşmaq 
lazımdır. Hər bir metod öz dominant funksiyasına uyğun olaraq bu və ya digər təlim 
vəzifəsini daha yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informasiya 
vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə ilə yox) daha yaxşı həyata 
keçirmək olar. Bacarıq yaratmaq üçün isə çalışma metodu daha səmərəlidir. Təlim 
metodları əlaqəli şəkildə tətbiq olunmalıdır. Bütün şəraitlər üçün yararlı olan universal 
metod yoxdur. Bu mənada “Mənim öz iş metodum var” deyən müəllimlərə haqq 


qazandırmaq çətindir. Çünki təlimdə tək bir metoddan yox, metodlar kompleksindən 
istifadə edilir. Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır; metodlar vasitə 
zəminində seçilib tətbiq edilir. Təlimin vasitələrini üç qrupa bölmək olar: 
a) tədris-əyani vəsaitlər;
b) tədris avadanlıqları;
c) təlimin texniki vasitələri.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin