Müsahibə metodu sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur: evristik və
təkrarlama müsahibəsi. Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni
qaydanı, qanunauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur.
Evristik metodda sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır.
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu müəyyən
tələblərə cavab verməlidir:
a) sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın olmur (məsələn,
“S.Vurğun haqqında nə deyə bilərsən?”);
b) sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn,
“Metallar istidən genişlənirmi?”) tələbələri düşündürmür;
c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və
şəxsə görə necə dəyişir?”) vermək düzgün deyildir, belə sual yaxşı yadda qalmır və
cavaba mənfi təsir göstərir;
d) yanlış və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə
dəfə böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda
onlarda şübhə yarada bilər.
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək-tək
tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-
dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə
düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir. Müsahibənin bir
forması da diskussiyadır. Diskussiya metodu elmi mübahisə deməkdir. Diskussiya
zamanı müəyyən problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz
mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır.
Təlimin məntiqi
Dostları ilə paylaş: