Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə25/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi tələbələrə həyatda lazım 
olan bilik və bacarıqlar verməkdən ibarətdir. Formal təhsil nəzəriyyəsinə görə, 
təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inkişaf etdirməkdir. Göstərilən hər iki 
mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı qoyur. Bu 
birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq dialektik təhsil nəzəriyyəsi 
təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də 
zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə 
qurulmalıdır ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür 
metodlarına da yiyələnmiş olsunlar.
 
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər
Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır. Təhsilin 
məzmununu əks etdirən sənədlərə daxildir:
a) tədris planı;
b) tədris proqramları; c 
) təhsil proqramları (kurrikulumlar);
ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən fənlərin tərkibini, 
ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını, tədris ilinin strukturunu 
müəyyən edən dövlət sənədidir. Tədris planında fənlər üç qrupa bölünür: 
a) məcburi və ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, ixtisas fənləri daxildir; 
b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, peşə hazırlığı və 
ümumi hazırlıq fənləri və s. daxildir;
c) seçmə fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s. daxildir. 
Bu fənlərin öyrənilməsi tələbələrin nəzəri-metodoloji hazırlığını təmin etməyə
onlarda elmi dünyagörüşünü formalaşdırmağa imkan verir. İxtisasın tədris 
planları əsasında fərdi tədris planları, tədris proqramları, təhsil proqramları və 
dərs cədvəlləri tərtib olunur.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin