Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlim üçün zəruri şəraitin yaradılması prinsipi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi 
şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. Təlim üçün zəruri 
şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur: a) tədris – maddi şərait (təlimin 
dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edilməsi); b) gigiyenik 


şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və s.); c) mənəvi-
psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mənəvi-
psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik 
tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası). Bu prinsip 
müəyyən qaydalarla həyata keçirilir: - təlim üçün normal gigiyenik şərait yaratmaq; 
- sağlam mənəvi-psixoloji iqlim yaratmaq; - müəllim-tələbə münasibətlərini 
humanistləşdirmək; - tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə tələbələrə 
əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi 
nəzərdə tutur. Onun əsasında belə bir didaktik qanun durur: təlimdə bilik və 
bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək 
təkrar və tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır. Bu prinsipin 
həyata keçirilməsində müəyyən qaydalar gözlənilməlidir: - bilik və bacarıqların 
ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğunu təmin etmək (yeni 
material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər daha möhkəm 
yadda qalar); - möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini 
əlaqələndirmək (yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda 
biliklər tez unudulur); - öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və 
çalışmalara tətbiq etmək (bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm 
yadda qalır); - biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə 
şüurluluq, təkrar və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə 
tətbiq etmək. Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri 
nəzərdən keçirdik.
Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir. 
Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da 
digər prinsiplərə tənzimlənir. Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları 
qeyd etmək olar:
a) təlimin peşə yönümlülüyü; 


 b) təlimin elmi fəaliyyətdə əlaqələndirilməsi;
c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin