hadisələrin xüsusiyyətlərini əks etdirir. Oyun qaydaları (reqlamentin gözlənilməsi;
diskussiya xarakterli suallar, informasiyaların aktiv formalarda təqdim edilməsi və s.)
oyunun işgüzar kontekstini reallaşdırmağa xidmət edir. Qiymətləndirmə sistemi qəbul
edilmiş qərarlara nəzarəti, özünənəzarəti, oyun- iştirakçılarının fəaliyyətini və fərdi
keyfiyyətlərini qiymətləndirməyi, iştirakçı qrupların işinin rasional gedişini təmin
etməyə xidmət edir. Oyun faktik nəticələrini şərtləndirən səbəblərin təhlili və
nəticələrin ümumiləşdirilməsi ilə başa çatır.
Dostları ilə paylaş: