Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə41/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Praktik işlər. Praktik işlər tələbələrin müstəqil iş növlərindən biri olub nəzəri bilikləri 
dərinləşdirmək, zəruri bacarıq və vərdişlər formalaşdırmaq məqsədi güdür. Praktik iş


yunanca “praktikos” sözündən götürülərək “fəaliyyətli” mənasını verir. Bu məşğələlər 
nəzəriyyə və təcrübənin əlaqələndirilməsinə, biliklərin konkretləşməsinə və 
möhkəmlənməsinə, tələbələrin zehni qüvvələrinin və müstəqilliyinin inkşafına kömək 
göstərir. Praktik məşğələlərin məzmunu çoxcəhətli olub, fənnin xarakterindən aslıdır: 
müşahidələr aparmaq, çalışmalar, məsələ və misal həlli, ölçmə və hesablama işləri
sxem, cədvəl, qrafik tərtibi, tətbiqi xarakterli tapşırıqlar, eksperiment qoymaq, oxu, 
tərcümə, təcrübəçilik və konstruktorluq işləri və s. bu qəbildəndir. Müəllim fənndən, 
mövzudan asılı olaraq praktik iş növlərini seçib tətbiq edir. Məsələn, coğrafiyadan bu 
işlərin köməyi ilə coğrafi və topoqrafik xəritələri oxumaq, müəyyən coğrafi səthin 
planını tərtib etmək, təbiətdə müxtəlif müşahidələr (meteoroloji, hidroloji, 
geomorfoloji və s.) aparmaq və s. bacarıqlar aşılanır. Praktik məşğələlərin quruluşu bir 
çox cəhətdən, seminar məşğələləri ilə ümumilik təşkil edir: giriş, əsas və yekun 
mərhələlər. Praktik məşğələlərin səmərəli təşkili üçün müəyyən şərtləri gözləmək 
lazımdır:
a) tələbələr praktik işə ciddi hazırlaşmalı, tətbiq ediləcək nəzəri bilikləri yaxşı 
mənimsəməlidirlər; 
b) müəllim praktik işlərin yerinə yetirilməsi priyomları ilə tələbələri tanış etməlidir; c) 
işin icrası üçün lazım olan vəsait, alət və avadanlıqlar əvvəlcədən hazırlanmalı və 
tələbələrin hamısı təmin olunmalıdır;
ç) müəllim tələbələrin müstəqilliyini məhdudlaşdırmadan işlərin icrasına nəzarət 
etməli, zəruri hallarda istiqamət verməlidir;
d) görülən işlər ciddi təhlil olunub obyektiv qiymətləndirilməlidir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin