Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə46/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif meyarlardan 
istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100 
bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət meyarı – 100 bal 
tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət sisteminə keçmişdir. 
Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi 
haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil nazirinin 15.05.2003-
cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur). Tələbələrin imtahanlarda, məşğələlərdə 
cavabları qiymətləndirilərkən müvafiq meyarlardan istifadə olunur. Qiymət balları 
müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər 
bunlardır:
a) biliyin həcmi (proqram materialları tam və ya qismən mənimsənilib?);
b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə 
dərəcədə başa düşür, cavabı düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil 
fikir söyləyə bilirmi?);
c) biliyin tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?);
ç) biliyin ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi
danışığında və yazıda səhvlərə yol verirmi?).


Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş 
sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır. İmtahana görə qiymət ballarının 
hesablanması. Balların maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5 
suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla qiymətləndirilir. 
İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun 
məzmununu aça bilir.
8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi 
məsələləri əsaslandıra bilmir.
6 bal – tələbənin cavabı əsasən düzgündür.
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam əhatə edə bilmir.
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah edərkən bəzi səhvlərə 
yol verir.
3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.
1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
0 bal – suala cavab yoxdur. 
Tələbələrin imtahanda aldıqları qiymət balları imtahana qədər semestr (tədris ili) 
ərzində topladığı ballara əlavə olunur. Konkret fənn üzrə toplanmış balın yekun 
miqdarına görə tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir: 91 - 100 bal – «əla» 
(A); 81 - 90 bal – «çox yaxşı» (B); 71-80 bal – «yaxşı» (C), 61-70 bal – «orta» (D); 51 
- 60 bal «kafi» (E); 50-dən az – «qeyri-kafi» (F). Tələbənin semestr ərzində topladığı 
bal 17-dən az olduqda o, imtahana buraxılmır. İmtahanda aldığı balın miqdarı 17-dən 
az olduqda onun imtahan balları semestr (tədris ili) ərzində topladığı bala əlavə 


olunmur; o, həmin fəndən krediti toplamamış hesab olunur. Belə tələbələr tədris ilinin 
sonunda (yayda) həmin fəndən tam kursu yenidən keçərək imtahana buraxılırlar. Bu 
dəfə də imtahandan lazımi bal toplaya bilməsələr, növbəti ildə həmin fənni yenidən 
keçməli olurlar. Seminar məşğələlərinə görə balların hesablanma qaydası belədir 
(bakalavr pilləsi üçün):
1) Jurnalda ballar toplanır (4+5+6=15 bal);
2) Orta bal tapılır (15: 3=5 bal);
3) Alınan nəticə fənnin maksimum bal həddinə vurulur (5

2,5 = 12,5 bal). 
Seminar məşğələləri üzrə yekun balların düzgün çıxarılması üçün fənni tədris edən 
müəllim məsuliyyət daşıyır. Mühazirə mətnlərinin tərtibinə görə balların 
hesablanması. Mühazirə mətnlərinin qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında 
aparılır:
5 bal – tələbə keçilən bütün mövzuları (plan maddələri üzrə) tam əhatə edir, verilmiş 
ədəbiyyatlar əsasında əlavələr edir.
4 bal – tələbə bütün mövzuları (plan maddələri üzrə) əhatə edir.
3 bal – tələbə keçilən mövzuları, əsasən, əhatə edir (70-80%).
2 bal – tələbə mühazirə materiallarını qismən əhatə edir (50-70%).
1 bal – tələbə mühazirə materiallarını müəyyən dərəcədə əhatə edir (50%-dək).
0 bal – mühazirə mətnləri yoxdur.
Təlimin digər formalarında nəticələrə görə balların hesablanması Əsasnamə 
tələblərinə müvafiq şəkildə həyata keçirilir. Hər bir iş formasına müvafiq ballar
ayrılır: laborator məşğələsinə – maksimum 10 bal, davamiyyətə – 5 bal, fərdi isə – 10 
bal, kurs işinə (layihəsinə) – 10 bal, istehsalat və pedaqoji təcrübəyə – 100 bal, 
buraxılış işinə – 100 bal nəzərdə tutulur. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin