Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə58/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək 
tərbiyəsi
Şəxsiyyətin formalaşması çox erkən yaşlardan başlasa da, bu proses ali məktəbdə 
daha intensiv şəkildə davam etdirilir. Ali məktəbdə tərbiyə prosesi mütəxəssis üçün 
zəruri olan keyfiyyətlərin, ilk növbədə elmi dünyagörüşünün formalaşmasına, 
şəxsiyyətin sosiallaşmasına yönəldilir.
Elmi dünyagörüşünün formalaşması. Dünyagörüşü insanın həyata baxışları 
sistemidir. O, şəxsiyyətin təməlini, sütununu təşkil edir, onun formalaşmasının mühüm 
göstəricisidir. Bitkin və sistemli dünyagörüşünə malik insan möhkəm həyat mövqeyi
məqsədyönlülüyü ilə seçilir. Dünyagörüşünün formalaşması üçün onun bütün struktur 
komponentlərinə – zehni, emosional və iradi komponentlərə təsir göstərmək lazımdır. 
Müəyyən ideyalar və baxışlar o zaman dünyagörüşünə çevrilir ki, tələbə bilik və 
ideyaları şüurlu dərk etsin, onların həqiqiliyinə inansın (zehni komponent); ideyaları 
daxilən hiss etsin, onlarla yaşasın, həyəcanlansın (emosional komponent); həmin 
ideyaları öz davranışına, gündəlik əməli fəaliyyətə tətbiq etsin (iradi komponent). 
Qəlbin iştirakı olmadan şəxsi əqidə, dünyagörüşü formalaşdırmaq mümkün deyildir: 
soyuq ürəkdə, yatmış ağılda yüksək hisslər, dünyagörüşü ideyaları ola bilməz. İdeya 


və baxışların dünyagörüşünə çevrilməsi mürəkkəb prosesdir. Bunun üçün gənclərdə 
dünyaduyumu, həyat hadisələrinə münasibəti, onları təhlil edib qiymətləndirmək 
bacarıqları formalaşdırmaq lazımdır. Dünyagörüşünün formalaşması bir çox amillərlə 
şərtlənir: cəmiyyət həyatı, insanın çoxcəhətli ictimai münasibətləri, müəllim və 
valideynlərin təsiri, təlim-tərbiyə prosesi, informasiya vasitələri, mütaliə və s. belə 
amillərdəndir. Elmi dünyagörüşünün əsasını elmi biliklər, ideya və baxışlar təşkil edir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin