Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə60/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Əxlaq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafının mühüm tərkib hissəsini təşkil edir. 
Əxlaq tərbiyəsi insanın əxlaqi şüur və hisslərinin, davranış təcrübəsinin 
formalaşmasına yönələn məqsədyönlü prosesdir. Əxlaq tərbiyəsinin nəzəri əsasını 
etika elmi təşkil edir. Etika əxlaq, mənəviyyat haqqında elmdir. Əxlaq ictimai şüur 
formalarından biri olub insanın cəmiyyətə, başqa adamlara və özünə münasibətini 


müəyyən edən davranış normalarının məcmusudur. Əxlaqi əməl, davranış insanın 
şüur, hiss, iradə və hərəkətlərinin nəticəsi kimi özünü göstərir. Nəcib əxlaqi 
ideyalardan təsirlənən gənclərdə nəcib hisslər oyanır və bunlardan nəcib arzular 
yaranır. Bu arzular insanı nəcib hərəkətlərə, əməllərə sövq edir. Əxlaq tərbiyəsinin 
vəzifələri cəmiyyətin şəxsiyyətə əxlaqi tələblərini əks etdirir. Həmin vəzifələr 
aşağıdakılardan ibarətdir: 
- insanda əxlaqi şüur, inam və əqidə formalaşdırmaq;
- nəcib əxlaqi hisslər aşılamaq;
- düzgün davranış təcrübəsi formalaşdırmaq;
- əxlaqi eybəcərliyə, haqsızlığa, şərə qarşı barışmazlıq, mübarizə əzmi, fəal həyat 
mövqeyi tərbiyə etmək.
Əxlaq tərbiyəsinin məzmunu geniş və çoxcəhətlidir; əxlaqi keyfiyyətlər iki mindən 
artıqdır. Onları bir neçə qrupda birləşdirmək olar:
1. İnsanın Vətənə, cəmiyyətə, xalqa münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: 
vətənpərvərlik, beynəlmiləlçilik, ictimai borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi 
mənafedən üstün tutulması və s. 
2. Əməyə münasibəti ifadə edən əxlaqi keyfiyyətlər: əməksevərlik, işgüzarlıq, 
qənaətçillik, səliqəlilik, əməyə vicdanlı münasibət, əmək adamlarına hörmət və s. 
3. İnsanın başqa adamlara, kollektivə münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: 
hümanizm, xeyirxahlıq, düzlük, doğruçuluq, yoldaşlıq, dostluq, kollektivçilik, 
diqqətlilik, mədənilik və s.
4. İnsanın özünə, davranışına münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: 
təvazökarlıq, vicdanlılıq, intizamlılıq, utancaqlıq, şəxsi ləyaqət hissi və b. 
Vətənpərvərlik insanın əxlaqi keyfiyyətləri içərisində aparıcı yer tutur. O, əxlaqın 
əsasıdır. Tərbiyə işində çalışmaq lazımdır ki, gənclər daim Vətən ideyası ilə, 
vətəndaşlıq hissləri və həyəcanları ilə yaşasın, bu nəcib hisslər öz ifadəsini vətən 


üçün, xalq üçün nəcib əməllərdə tapsın. Əxlaqi keyfiyyətlər içərisində 
insanpərvərlik, humanizm çox mühüm yer tutur. İnsanpərvərlik insana məhəbbət və 
qayğı deməkdir. Başqalarının daxili aləmini duymaq, sevincinə və kədərinə şərik 
olmaq, insanı sevmək, ona lazımi kömək göstərmək insaniyyətin, əxlaqi mədəniyyətin 
ilkin şərtidir. Çalışmaq lazımdır ki, humanizm, xeyirxahlıq gənclərin mənəvi 
tələbatına çevrilsin. Əxlaq tərbiyəsinin əsası gənclərdə mənəvi tələbat tərbiyə 
etməkdən ibarətdir. Gəncləri mənəvi fəaliyyət sahəsinə – başqa adamlar üçün xeyirxah 
əməllərə, nəcib məqsədlərlə ruhlandırılan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə 
cəlb etmək tərbiyənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv üçün 
faydalı işlər gördükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir: o, 
nəcib davranışa mənəvi ehtiyac duyur. Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış 
mədəniyyəti, müsbət əxlaqi adətlər təşkil edir. Əxlaqi adətlər tərbiyəsi üçün gəncləri 
müxtəlif fəaliyyət növlərinə - əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai 
fəaliyyətə cəlb etmək lazımdır. İnsanın dəyərli əxlaqi sifətlərindən biri də intizamdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin