Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə63/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Fiziki tərbiyə. Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və 
mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir. Fiziki tərbiyə 
şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. O, əqli və mənəvi inkişafa 
kömək edir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, 


yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı əməyə və 
Vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır. Fiziki tərbiyənin 
məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal 
ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki 
tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, 
üzmək və s.) aşılamaq;
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa tələbat yaratmaq;
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək. 
Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində 
və bədən tərbiyəsi və idman proqramında öz əksini tapmışdır. Məktəbdə fiziki tərbiyə 
müxtəlif vasitə və formalarla həyata keçirilir. Fiziki tərbiyənin vasitələrinə fiziki 
təmrinlər, təbii və gigiyenik amillər daxildir. Fiziki təmrinlərə gimnastika, oyun, 
idman və turizm daxildir. Tələbəlik illərində bunlara xüsusi yer ayırmaq lazımdır. 
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər 
(günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz 
havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Gigiyenik amillər fiziki 
tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, 
yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. 
daxildir. Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində 
olmalıdır; həddən çox və az yemək zərərlidir. 1-ci hal piylənməyə, 2-ci hal isə 
qanazlığına səbəb olur. Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu 
götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Gigiyenik amillər içərisində düzgün 
gün rejimi də böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan 
qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, 
səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır, iradəni 


möhkəmləndirir. Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl 
edilməlidir. Ailədə iş otağı, məktəbdə dərs otaqları gigiyenik tələblərə (optimal həcmi, 
hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə 
silinməsi və s.) cavab verməlidir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin