Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə65/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Hüquq tərbiyəsi. Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-
tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. “Hüquq” ərəbcə “haqq 
söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən 
edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış 
qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın 
hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir. Hüquq 
normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və 
davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır. Hüquq 
tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına 
münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. 
Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur: 
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair biliklər, baxış və təsəvvürlər 
aşılamaq;
b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış 
bacarıqları formalaşdırmaq;
c) sosial-hüquqi fəallıq, hüquqazidd hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq tərbiyəsi müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar 
içərisində təlim əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər, 
hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl 
etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq 
diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm 
əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, 
auditoriyadankənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı 
auditoriyadankənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə 
onları iki qrupa bölmək olar:
a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar;
b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin