- informasiya mübadiləsi (kommunikativ tərəf);
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf);
- insanların bir-birini qavraması (perseptiv tərəf).
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun üç funksiyası özünü
göstərir: informasiya vermək, tərbiyəvi təsir göstərmək, insanı duymaq funksiyaları.
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mübadiləsi pedaqoji fəaliyyətin
əsasını təşkil edir.
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri
ünsiyyətin əsasını təşkil edir.
Ünsiyyətin perseptiv funksiyası insanların bir-birini qavraması və anlaması ilə
bağlıdır. Ünsiyyətin qeyd edilən tərəflərini (funksiyalarını) vəhdətdə həyata
keçirilməlidir. Bəzən ali məktəb təcrübəsində bu məsələyə birtərəfli yanaşılır: müəllim
məşğələ zamanı ünsiyyətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini
təşkil edib, digər iki tərəf üzərində düşünmür. Tələbələrdə təlim fəaliyyətinə marağın
azalması səbəblərinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azalması
başlıca olaraq məhz pedaqoji ünsiyyətin yanlış təşkili ilə bağlıdır. Eksperiment ilə
müəllim pedaqoji ünsiyyətin strukturunu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil
edir – qrupda müsbət işgüzar mühitin, sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına,
yəni ünsiyyətin interaktiv və perpektiv tərəfinə daha çox diqqət yetirir. Bu halda
tələbələrin təlimə münasibətində nəzərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim
(xüsusən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı pedaqoji
ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.
Dostları ilə paylaş: