Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təlim prosesinin quruluşu. Təlim prosesi mürəkkəb quruluşa malikdir. Onun iki 
tərəfi – daxili və zahiri tərəfləri fərqləndirilir. Təlim prosesinin daxili quruluşu 
dedikdə, tələbənin təlim – idrak fəaliyyətinin struktur ünsürləri başa düşülür. Təlim 
prosesinin daxili quruluşunu sxematik olaraq belə ifadə etmək olar: 
Təlimin məqsəd və vəzifələri - Təlimin motivləri - Təlimin məzmunu – Təlimin 
vasitə və metodları- Təlimin təşkili metodları formaları - Təlimin nəticələri 
Təlim prosesinin daxili quruluşu onun zahiri quruluşu ilə vəhdət təşkil edir. 
Təlim prosesinin zahiri quruluşu dedikdə, bu prosesin iştirakçıları olan müəllim və 
tələbələr, habelə təhsilin məzmunu başa düşülür. Təlim prosesinin uğuru təhsilin 
optimal məzmununun müəyyənləşdirilməsindən, müəllim və tələbənin fəaliyyətinin 
düzgün əlaqələndirilməsindən çox asılıdır. Müasir təlim nəzəriyyəsi öyrədən və 
öyrənənlərin qarşılıqlı fəallığına, əməkdaşlığına əsaslanır. Əməkdaşlıq dedikdə, 
müəllim və tələbənin eyni məqsədə çatmaq üçün birgə fəaliyyət göstərməsi, hər 
ikisinin təlimdə fəal mövqe tutması, son nəticə üçün məsuliyyət hiss etməsi başa 
düşülür. Bəzən təlimin nəticəsi üçün bütün məsuliyyət bir tərəfin üzərinə – ya 
müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə (şagird) yoxdur, pis 


müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tələbə var”. Hər iki mövqe yanlışdır. 
Təlimin nəticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz məsuliyyət payı 
vardır: hər kəs öz üzərinə düşən vəzifəni yüksək səviyyədə, məsuliyyətlə yerinə 
yetirməlidir. Müasir təlimdə müəllimin rolu dəyişir: o, biliklərin ötürücüsü yox, 
daha çox tələbənin fəal idrak fəaliyyətinin təşkilatçısı, pedaqoq-menecer
məsləhətçi kimi çıxış edir. Ali məktəbin tədris prosesində müəllimin öyrətmə 
fəaliyyətinin quruluşu bir neçə ünsürdən ibarətdir:
- tələbənin təhsil-idrak fəaliyyətinin təşkili (məqsəd qoyuluşu, motivasiya, problem 
situasiya yaradılması, təlimatlandırma, istiqamətləndirmə);
- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və məsuliyyət hissi); - 
tələbənin yaradıcı müstəqil işə cəlb edilməsi;
- nəzarət və tələbənin özünənəzarətinin təşkili;
- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi. 
Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu isə aşağıdakı ünsürlərdən ibarətdir: - 
məqsədin dərk edilməsi;
- motivləşmə;
- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin səmərəli priyomlarının 
tətbiqi);
- özünənəzarət və özünüqiymətləndirmə.
Təhsilin müvəffəqiyyəti tələbənin qeyd edilən ünsürlərə nə dərəcədə 
yiyələnməsindən asılıdır. Çox vaxt tələbə tənbəlliyi üzündən yox, öyrənməyi və 
müstəqil işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə də müəllim 
tələbələrdə təlim fəaliyyətinin, onun ünsürlərinin formalaşması qeydinə qalmalıdır. 
Belə olduqda təlimi özünütəhsillə, nəzarəti özünənəzarətlə, qiymətləndirməni 
özünüqiymətləndirmə ilə birləşdirmək, təhsildə yüksək nəticələr əldə etmək 
mümkündür.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin