Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

II Mühazirə 
Ali məktəb pedaqogikasının təşəkkülü və formalaşması 
Plan: 
1. Ali məktəb pedaqogikasının təşəkkülü 
2. Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı 
3. Elmi dərəcələr və adların verilmə tarixi 
4. Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi 
1.Ali məktəb pedaqogikasının təşəkkülü 
Elmlərin hələ az diferensiasiya etdiyi dövrdə təhsil xarakter və məzmununa görə 
ümumi səciyyə daşıyırdı. Təhsilin məzmunu fəlsəfə, teologiya (yunanca theologia; 
then.s - Allah deməkdir) və yeddi sərbəst sənətdə ifadə olunduğundan dinləyicilər 
həmin sahələr üzrə eyni hazırlıq mərhələləri keçirdi. Orta əsrlərdə yaranan ilk 
universitetlər ümumi təhsil- ensiklopedik biliklər vermək məqsədilə yaradılırdı 
(studium generale). Zaman keçdikcə elm inkişaf edir, təkmilləşir, genişlənir
dərinləşir, müxtəlif istiqamətlərə şaxələnir və diferensiasiya prosesləri baş verirdi. 
Beləliklə, bir nəfərin bütün elm sahələrinə yiyələnməsi qeyri-mümkün işə çevrilirdi. 
Digər tərəfdən, orta əsrlərdə şəhərlərin böyüməsi, mədəniyyətin inkişafı yeni sosial 
tələbatlar doğurdu. Kilsənin öz dini məqsədlərini uğurla həyata keçirməsi üçün yüksək 
təhsil görmüş keşişlərə ehtiyacı artdı. Kilsənin hakim dairələrdə mübahisəli məsələləri 
həll etməyə qabil olan hüquqşünaslara, siyasətçilərə tələbatı meydana gəldi. Əhali 
içərisində yayılmış müxtəlif xəstəliklərin müalicəsi üçün həkim hazırlığına ehtiyac 
yarandı. Bu tələbat nəticəsində orta əsrlərdə universitet təhsili üç əsas istiqamət üzrə 


müəyyənləşdirildi: ilahiyyat, tibb və hüquq (hüquq fakültəsi bir çox hallarda 
kanonik, yəni «kilsə hüququ» fakültəsi adlanırdı). Bu, ali təhsildə ixtisaslaşmanın 
başlanması demək idi. Ali təhsil sahəsində sonrakı ixtisaslaşma cəmiyyətin tələbləri 
əsasında elmin inkişafı ilə vəhdətdə baş verdi. Ali təhsilin inkişaf dinamikası bu gün 
də həmin istiqamət üzrə davam etməkdədir. Elmin və texnikanın tərəqqisinə rəğmən 
ixtisasların da sayı artır, yeni tipli ali təhsil müəssisələri yaranır. Universitetlər isə
həmişə olduğu kimi, indi də «elm məbədi» rolunu oynayır, elmin yeni sahələrinin 
yaranmasına təkan verir, bununla əlaqədar olaraq yeni ixtisaslar və ixtisaslaşma 
istiqamətləri müəyyənləşir, hətta ali təhsilin yeni sahələri təşəkkül tapır. Fakültativlər, 
tələbələrin seçiminə əsaslanan alternativ kurslar tədris edilir. Bir sözlə, universitetlər 
elmi-tədqiqat, tədris, ixtisas hazırlığı mərkəzinə çevrilərək, ölkənin ictimai-siyasi
iqtisadi-mədəni həyatına qüvvətli təsir edir. Təbii ki, ali təhsilin inkişafı ali məktəb 
pedaqogikasına ehtiyac doğurdu. Çünki dəqiq elmi-nəzəri əsaslar olmadan ali təhsilin 
sonrakı inkişafına nail olmaq mümkün deyildi. Ümumi pedaqogikanın sahələrindən 
biri olan tələbə şəxsiyyətinin inkişafı və ali təhsil müəssisəsində peşə-ixtisas hazırlığı 
problemlərini öyrənməklə məşğul olan ali məktəb pedaqogikası məqsədyönlü inkişaf 
yolu keçmişdir. M.F.Kvintiliandan başlayaraq qədim dünyanın klassik pedaqoqları öz 
əsərlərində ali məktəbdə təlimin təşkili formaları kimi mühazirə və disputlardan geniş 
istifadə etmişlər. Bu cəhətdən XI- XII əsrlərdə Avropada fəaliyyətə başlayan Bolonya, 
Oksfort, Paris, Praqa və başqa universitetlərin təcrübəsi diqqətəlayiqdir. Zaman 
keçdikcə ali məktəblərin fəaliyyət parametrlərini müəyyən edən əsasnamə və 
nizamnamələri yazılmış, həmin sənədlərdə ali təhsilin bir sıra nəzəri və praktik 
məsələləri ümumiləşdirilmişdir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin