keyfiyyətlərini ifadə edir. Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı
ilə bilavasitə bağlıdır. Tələbələrin yüksək səviyyədə
təşkil olunmuş məqsədyönlü
fəaliyyəti uğurlu tərbiyənin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii
və ictimai-siyasi fəaliyyət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə
yiyələnir, ictimai təcrübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi
cəhətdən zənginləşir, gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında
ünsiyyətin,
xüsusən pedaqoji ünsiyyətin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə
şəxsiyyəti, fəaliyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır.
Demokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür.
Müəllim-tələbə münasibətləri əməkdaşlıq prinsipinə uyğun qurulmalıdır: müəllim
tələbəyə
şəxsiyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və
diqqətlə, hörmət və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə
göstərməli, hər işdə ədalətli olmalıdır. Tələbə gənclərin şəxsiyyətinin inkişafında
tələbə kollektivi də güclü təsir göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin,
kollektivçilik hissinin formalaşmasına, şəxsi və ictimai maraqların uzlaşdırılmasına
imkan verir. Kollektivin ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir.
Tələbələr kollektivin rəyinə həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər,
onunla
hesablaşırlar. Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına,
onun ayrı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin
müdafiəsinə, kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbələrin elmi
biliklərə, bəşəri və milli
dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şəkildə
özünütəhsillə, mütaliə ilə məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və milli
dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünütəhsil və
onun ən mühüm yolu olan müstəqil
mütaliə gənclərin həm zehninə, həm də mənəvi
aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bunsuz insanı
mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səadətindən –
kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən məhrum olur.
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yandıran
ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mədəniyyəti
və şəxsi ziyalı nümunəsi
Dostları ilə paylaş: