Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə88/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

XII mühazirə 
Ali məktəbə rəhbərliyin əsasları, ali məktəb rəhbərliyi və
kollegial orqanlar
Plan: 1. Ali məktəbə rəhbərliyin əsasları


2. Ali məktəbin strukturu 
3. Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik
4. Ali məktəbin kollegial orqanları
1. Ali məktəbə rəhbərliyin əsasları
Ali məktəb cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə 
məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. 
Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, 
akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbildəndir. Ali 
məktəbin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təlim-tərbiyə 
prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali məktəbin 
“idarə edilməsi» və “ona rəhbərlik” bir-birilə sıx bağlı anlayışlardır. İdarəetmə 
dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, 
mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdarəetmə obyektləri şəxsiyyət 
və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik 
bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli 
fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd 
naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda 
– avtoritar və demokratik üslublarda həyata keçirilir. Demokratik rəhbərlik daha 
səmərəli olub, kollektivdə normal iş şəraiti, insani münasibətlər, sağlam mənəvi-
psixoloji iqlim yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv rəhbərlik 
hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən asılı olan rəhbərlik zamanı 
subyektivizm halları özünü göstərir. Kollektiv rəhbərlikdə isə belə hallar xeyli 
məhdudlaşır və ya tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda 
iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur. Ali məktəbə rəhbərlik mövcud 
qanunvericiliyə və müvafiq dövlət sənədlərinə əsaslanır:
1) Azərbaycan Respublikasının; 


 2) Azərbaycan Respublikasının Təhsil Qanunu;
3) «Ali təhsil müəssisəsi haqqında Əsasnamə»;
4) Ali məktəbin Nizamnaməsi.
Ali məktəbə rəhbərlik müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər 
aşağıdakılardan ibarətdir: 
1) Məqsədyönlülük prinsipi.
2) Demokratiklik prinsipi. 
3) Aşkarlıq prinsipi.
4) Şəffaflıq prinsipi. 
5) Elmilik və işgüzarlıq prinsipi.
6) Prinsipiallıq və obektivlik prinsipi.
7) Optimallıq prinsipi.
Ali məktəbə rəhbərlik prosesində göstərilən prinsiplərə vəhdətdə, həm də dəqiq 
əməl etmək vacib şərtdir. Əks halda rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə 
və keyfiyyət əldə etmək çətindir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin