Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə90/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Ali məktəb rəhbərliyi.
Fakültə və kafedraya rəhbərlik Ali məktəb rəhbərliyi. Ali məktəbə rektor rəhbərlik 
edir. Rektor ali məktəbin bütün sahələri üçün dövlət qarşısında məsuliyyət daşıyır. 
Rektor tanınmış, nüfuzlu alim, böyük şəxsiyyət, bacarıqlı pedaqoq, baş tərbiyəçi və 
baş təşkilatçı kimi ali məktəb həyatında böyük rol oynayır. O, əmək qanunvericiliyinə 
uyğun olaraq kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, ali məktəbin və 
fakültələrin elmi şuralarında müsabiqə yolu ilə seçilmiş professor-müəllim heyətini 
əmrlə təsdiq edir. Rektor işçiləri yaxşı tanıdıqda, onlara hörmət və tələbkarlıqla 
yanaşdıqda, təşəbbüsləri həvəsləndirdikdə, müəllim və tələbələrə lazımi qayğı və 
diqqət göstərdikdə ali məktəbin bütün sahələrində işlərin uğurla getməsi üçün, 
kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaranması və hər bir işçinin daha 
məhsuldar işləməsi üçün əlverişli şərait yaratmış olur. Ali məktəb rektorunun 


səmərəli fəaliyyəti onun işə məsuliyyətli münasibəti ilə sıx bağlıdır. Rektorun işinin 
səmərəsi həm də onun yüksək elmi, pedaqoji-psixoloji səriştəyə malik olmasından, 
işgüzarlığından, təşkilatçılığından, şəxsi keyfiyyətlərindən, xüsusən müdrik, ədalətli, 
obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət olmasından çox asılıdır. Belə rektor 
insanlara-tabeçiliyində olan müəllim və tələbələrə, tədris-köməkçi heyətə diqqət və 
qayğı ilə yanaşır, bəzən də güzəştə gedir, imkan daxilində kömək edir, eyni zamanda 
tələbkarlıq və prinsipiallıq göstərir. Rektor ali məktəbin müxtəlif struktur bölmələrinə 
rəhbərliyi müvafiq prorektorlar vasitəsilə həyata keçirir. Prorektorlar konkret sahələrə 
bilavasitə rəhbərliyi həyata keçirir və rektor qarşısında məsuliyyət daşıyırlar. 
Prorektorlar aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: tədris işləri üzrə prorektor (I 
prorektor);
elmi işlər üzrə prorektor; 
humanitar məsələlər üzrə prorektor;
qiyabi və əlavə təhsil üzrə prorektor;
beynəlxalq əlaqələr üzrə prorektor;
ümumi işlər üzrə prorektor;
inzibati-təsərrüfat işləri üzrə prorektor.
Ali məktəb rəhbərləri-rektor və prorektorlar fakültə rəhbərliyi ilə sıx əməkdaşlıq 
şəraitində işləyir, müxtəlif tədbirləri onların fəal iştirakı ilə həyata keçirirlər. Fakültəyə 
rəhbərlik. Fakültə ali məktəbin tədris, elm və inzibati bölməsi kimi müəyyən sahə 
(yaxud yaxın sahələr) üzrə mütəxəssis hazırlığını həyata keçirir. Fakültə ali məktəbin 
Elmi Şurası tərəfindən yaradılır. Müəyyən ixtisas və ya istiqamətlər üzrə tələbələrin 
sayı (bakalavriat və magistratura pillələrində birlikdə) 300 nəfərdən çox (bundan 200 
nəfərdən çoxu əyani şöbədə) olduqda fakültə yaradılır. Fakültəyə mövcud qaydada 
seçilmiş və rektorun əmri ilə təsdiq olunmuş dekan rəhbərlik edir. Tələbələrin sayı 100 
nəfərdən çox olduqda fakültə daxilində müvafiq şöbələr (əyani, qiyabi, bəzən axşam 


şöbələri, ayrı-ayrı ixtisaslar üzrə şöbələr) yaradıla bilər. Dekan fakültənin profilinə 
uyğun mütəxəssis, həmin sahədə tanınmış alim, təcrübəli müəllim, tədris-tərbiyə işini 
yaxşı bilən təşkilatçı, nüfuzlu şəxsiyyət olmalıdır. Dekan fakültədə tədris-tərbiyə, elmi 
işlərin vəziyyətinə, tədris planları və proqramlarının, elmi-tədqiqat planlarının yerinə 
yetirilməsinə, tələbələrlə tərbiyə işlərinin düzgün qurulmasına, fakültədə sağlam 
mənəvi-psixoloji mühitin yaradılmasına ümumi rəhbərlik edir və rektorluq qarşısında 
cavabdehlik daşıyır. Dekan fakültə Elmi Şurasına sədrlik edir. O, fakültədə tədris-
tərbiyə işlərinin gedişi, istehsalat və pedaqoji təcrübənin təşkili, fakültədə fəaliyyət 
göstərən tədris-köməkçi heyətin öz işinə məsuliyyətini artırmaq istiqamətində tədbirlər 
həyata keçirir, fakültədə elmi konfransların işinə rəhbərlik edir. Ali məktəbin həyatı ilə 
bağlı bütün tədbirlərdə fakültəni təmsil edir. O, dekan müavinləri ilə birlikdə fəaliyyət 
göstərir, onların işinə istiqamət verir. Dekanın bir və ya bir neçə müavini ola bilər: 
tədris işləri üzrə müavin (I müavin), elmi işlər, magistratura və qiyabi təhsil üzrə 
müavin, humanitar məsələlər üzrə müavin və s. Hər bir dekan müavini öz sahəsi üzrə 
işlərə bilavasitə rəhbərlik edir və dekan qarşısında məsuliyyət daşıyır. Dekan 
müavinləri ayrı-ayrı sahələr üzrə işlərə bilavasitə rəhbərlik etsələr də, fakültədə bütün 
işlərin vəziyyəti üçün əsas məsuliyyət dekanın üzərinə düşür. Dekan tədris-tərbiyə və 
elmi işlərə rəhbərliyi kafedra müdirləri ilə sıx əməkdaşlıq şəraitində, onların fəal 
iştirakı ilə həyata keçirir. Kafedraya rəhbərlik. Kafedra ali məktəbin əsas tədris-elmi 
struktur bölməsi olub, bir və ya bir neçə yaxın elm sahəsi (fənlər) üzrə tədris-metodik, 
elmi-tədqiqat və tərbiyə işlərini bilavasitə həyata keçirir. Kafedralar, bir qayda olaraq, 
müvafiq fakültələr tərkibində yaradılır. Bəzən bir çox fakültəyə xidmət edən ümumi 
universitet (qeyri-ixtisas) kafedraları da fəaliyyət göstərir. Kafedranın yaradılması 
üçün müəyyən fənn üzrə minimum 3000 saat tədris yükü və azı 3 nəfər elmi adı və 
dərəcəsi olan mütəxəssis müəllim olmalıdır (Bu zaman kurs və buraxılış işləri, məqbul 
və imtahanlar, məsləhətlər, dissertasiya işlərinə rəhbərlik üçün ayrılan saatlar nəzərə 
alınmır). Tədris yükü 10000 saatdan az olduqda eyni adda, yönümdə olan fənlərin 
müxtəlif bölmələri üzrə kafedraların yaradılmasına yol verilmir. Kafedraya elmi 
dərəcəsi və elmi adı olan kafedra müdiri rəhbərlik edir. Kafedra müdirinin ayrı-ayrı 


sahələr (tədris, elm, tərbiyə və s.) üzrə ictimai əsaslarla müavinləri olur. Kafedranın 
fəaliyyəti ilə bağlı məsələlər vaxtaşırı olaraq (adətən, həftədə bir dəfə) keçirilən 
kafedra iclaslarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunur. Kafedra 
aşağıdakı vəzifələri yerinə yetirir:
-mühazirələrin və praktik məşğələlərin keçirilməsi, kurs və buraxılış işlərinə, istehsalat 
və pedaqoji təcrübəyə rəhbərlik;
-tədris proqramları, dərslik və dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin 
hazırlanması;
-elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi konfransların keçirilməsi, elmi-
tədqiqat işlərinin nəticələrinin nəşri və tətbiq edilməsi;
-tələbə elmi işlərinə rəhbərlik, tələbə elmi konfranslarının keçirilməsi;
-elmi-pedaqoji kadrların hazırlanması; 
-tələbələrlə tərbiyə işlərinin aparılması; 
-fənnin tədrisi keyfiyyətinin yüksəldilməsi, tədrisin gedişi və nəticəsinə nəzarət 
edilməsi; 
-kafedra əməkdaşlarının ixtisasartırması, elmi-nəzəri və pedaqoji hazırlığının 
yüksəldilməsi, vaxtaşırı olaraq tədris və elmi fəaliyyətlə bağlı hesabatların müzakirə 
edilməsi və s.
Kafedrada müvafiq fənn (fənlər) üzrə tədris planında ayrılmış saatlara uyğun olaraq 
hər tədris ilində professor-müəllim heyətinin dərs yükünün bölgüsü aparılır, mövzu-
təqvim planları tərtib və təsdiq olunur. Kafedrada tədris olunan fənlər üzrə mühazirə 
mətnləri və onların elektron variantları hazırlanır. Kafedra öz işini Təhsil Nazirliyi 
tərəfindən təsdiq edilmiş Əsasnaməyə və ali məktəbin Nizamnaməsinə əsasən həyata 
keçirir.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin