Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Ali məktəbin strukturu
Ali məktəbin özünəməxsus strukturu, idarəetmə və rəhbərlik sistemi vardır. 
İdarəetmə sistemi iki yarımsistemi əhatə edir: idarəedən və idarəolunan sistemlər. 
İdarəetmə sistemi dedikdə, ali məktəb rəhbərliyi, onun struktur bölmələri, kollegial 
orqanlar, professor-müəllim və xidməti heyəti nəzərdə tutulur. İdarəolunan sistemə 
tələbələr, onların təşkilat və birlikləri, habelə müəllim və xidməti heyət daxildir. Ali 
məktəbin idarə edilməsi oradakı çoxcəhətli münasibətləri, tədris-tərbiyə, elmi-
metodik, təşkilati və təsərrüfat fəaliyyətlərini şüurlu şəkildə tənzim etməkdə ifadə 


olunur. Ali məktəb rəhbərliyi inzibati və kollegial orqanlardan ibarətdir. İnzibati 
rəhbərliyi ali məktəb səviyyəsində rektor, prorektorlar, habelə idarə, bölmə və şöbə 
rəhbərləri, fakültə səviyyəsində isə dekan və onun müavinləri, dekanlığın işçiləri 
həyata keçirir. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, 
Elmi-Metodik Şura, fakültə elmi şuralari və elmi-metodik şuralar daxildir. Ali 
məktəbdə bir çox struktur bölmələr fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir: 
tədris hissəsi, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat bölməsi, kadrlar 
şöbəsi, hüquq şəbəsi, istehsalat və pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi, nəşriyyat, 
qəzet redaksiyası, elmi kitabxana və s. Bunlardan əlavə ali məktəbdə ümumi şöbə, 
dəftərxana, mühasibatlıq, elmi-tədqiqat institut və laboratoriyaları, fənn kabinetləri
telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və bufetlər, mühafizə xidməti 
fəaliyyət göstərir. Bütün bu strukturlar ali məktəbin ümumi fəaliyyətinin həyata 
keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərəcədə xidmət göstərir. Onların 
hər birinin öz sahəsində yaxşı çalışması ümumi məqsəd baxımından mühüm 
əhəmiyyət kəsb edir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin