Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

pedaqoji texnika təşkil edir. Pedaqoji texnika müəllimin davranışının zahiri forması 
olub, bir sıra bacarıqlarda ifadə olunur: müəllimin zahiri görünüşü, özünü idarə 
etməsi, emosional vəziyyəti, nitq texnikası və s. Müəllimin zahiri görkəmi estetik və 
pedaqoji tələblərə cavab verməlidir: onun geyimi, saçı səliqəli, qadın müəllimlərin 
istifadə etdikləri bəzək əşyaları və kosmetik vasitələr müəyyən hədd çərçivəsində 
olmalıdır. Müəllimin zahiri görkəminin estetik təsiri onun sifət ifadəsində, yerişində, 
oturuşu və duruşunda, baxışında, jestlərində yəni davranışın hər bir xırdalığında öz 


əksini tapmalıdır. Davranışın bu xırda detalları tələbələrdə müəllimin sakit, təmkinli
mehriban, inamlı bir şəxsiyyət olması haqda təsəvvür yaratmalıdır. Müəllimin stola 
yayılmış oturuşu, yerə dikilmiş başı, süst qolları, laqeyd baxışları onun daxilən 
zəifliyini, özünə inamsızlığını göstərir. Müəllimin mimikası, jestləri danışığın 
məzmununa uyğun olmalı, informasiyanın emosional təsirini artırmağa xidmət 
etməlidir: xoş bir məsələdən danışanda müəllimin sifəti də xoş ifadə almalı, gözləri 
“gülməli”, səsi mülayim olmalıdır. Ciddi bir məsələdən gülümsəyərək danışmaq 
olmaz. Pedaqoji texnika müəllimin öz emosiyalarını, əhvalını idarə etmək bacarığında 
da ifadə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı, 
yumor hissinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə, ünsiyyət 
prosesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə) müəllimin öz emosional 
halını idarə etməsi vacib şərtdir. Buna görə də müəllim daim özünə nəzarət etməli
özünü ələ almağa çalışmalıdır. Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-
birilə qarşılıqlı vəhdət təşkil edir. Belə ustalığa nail olmaq üçün müəllim öz 
fəaliyyətini 
humanist 
istiqamətdə 
qurmalı, pedaqoji peşə biliklərinə və 
qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələnməlidir. Pedaqoji ustalıq hazır verilmir
müəllim öz üzərində müntəzəm, sistemli və məqsədyönlü şəkildə işləməklə ona 
yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək, həkimlərə, musiqiçilərə müvafiq 
peşə bacarıqları, ustalıq öyrədildiyi kimi, gələcək müəllimlərə də pedaqoji ustalığı 
öyrətmək – xüsusi kurs keçmək lazımdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin