Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır. Müəllim
əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət göstərməyə
onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin tərbiyəsi kimi
çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə
olmayan keyfiyyətləri
başqalarına verə bilməz. Buna görə də müəllim tərbiyə işinə özündən başlamalı,
müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mədəniyyəti və
mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özündə zahiri və
daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq, sadəlik,
xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
5. Müəllimin iradi-emosional keyfiyyətləri.
Pedaqoji
fəaliyyətin
və
ünsiyyətin
səmərəsi
müəllimin
iradi-emosional
keyfiyyətlərindən də çox asılıdır.
Müəllim iradəli, səbrli, təmkinli olmalı, öz hissi-
emosional halını idarə etməyi bacarmalıdır. Müxtəlif xarakterli, müxtəlif səviyyəli
tələbələrlə işləmək nə qədər çətin
olsa da müəllim öz hisslərinə, danışığına,
hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbiləşib özündən çıxmamalıdır.
Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin pedaqoji səriştəsizliyinin
göstəricisidir: qışqırıq,
hay-küy olan yerdə kobudluq, anlaşılmazlıq, emosional
gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur. Müəllim üçün vacib keyfiyyətlərdən
biri də tələbələr yanında nüfuza malik olmasıdır. Dərin bilik, mədənilik və mənəviyyat
nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə
asandır: yersiz hərəkət,
ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala
bilər. Buna görə də hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı,
öz nüfuzunun keşiyində durmalıdır.
Dostları ilə paylaş: