Yht – nin Əsas İstiqamətləri MİNGƏÇEVİR 2019 Giriş. Avtomobilləşmə səviyyəsinin hərəkət təhlükəsizliyinə təsiri



Yüklə 314,99 Kb.
səhifə2/3
tarix16.01.2020
ölçüsü314,99 Kb.
#30199
1   2   3
Yol Hərəkətinin Təhlükəsizliyinin Əsas İstiqamətləri (Dərslik)12.12.2017

- yol kəsişmələrinin sayını azaltmaq ;

- bir sıra manevrləri qadağan etmək;



- hərəkəti kanallaşdırmaq;

- dairəvi hərəkətin tətbiqi;

- məcburi nizamlanmanın tətbiqi;

- müxtəlif səviyyələrdə kəsişmələrin tətbiqi.

Mübahisəli nöqtələrdən danışdıqda nəqliyyat vasitələri və piyadalar arasında yaranan mübahisəli nöqtələri də nəzərə almaq lazımdır. Ona görə də, piyada hərəkətinin rasional təşkili və nəqliyyat vasitələri ilə piyadaların etibarlı surətdə bir-birindən təcrid olunması da belə tədbirlərdən sayıla bilər.

Mübahisəli nöqtələrin sayını azaltmağın bir üsulu da yolun nüəyyən təhlükəli sahələrində ötmələrin qadağan olunmasıdır. Bunun nəticəsində qonşu zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşmanı aradan qaldırmaq olur.Yolda müxtəlif səbəblər üzündən baş verən məcburi dayanmalar da mübahisəli vəziyyətlər yaradır.

Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün müxtəlif dönmələr ləğv edilməli və ya onlar yol ayrıcından kənara çıxarılmalıdır. Belə manevri yerinə yetirmək üçün kəsişən küçələrdən heç olmasa birinin eni ən azı 25 m olmalıdır. Əgər sola dönmə dar küçədən geniş küçəyə yerinə yetirilərsə, sürücü əvvəlcə avtomobili sağa döndərir, sonra tədricən sol zolağa çıxarır, geriyə dönür və nəhayət , istədiyi istiqamətdə hərəkətini davam etdirir.

Əgər dönmə geniş küçədən dar küçəyə həyata keçirilirsəsə,sürücü yol ayrıcına girişdə sol kənar zolağı tutr, sonra isə yol ayrıcında geriyə dönmə yerinə qədər düzünə hərəkət edərək, tədricən sağ kənar zolağa çıxır və nəhayət sağa dönərək istədiyi istiqamətdə hərəkətini davam etdirir.

Geriyə dönmə yerinə qədər olan məsafə la iki şəraitdə təyin edilir:

1.Geriyə dönməyə qədər ilk sahənin qət edilməsi;

2.Geriyə dönmədən sonra son sahənin qət edilməsi.

Bu iki qiymətdən böyüyü hesabat üçün qəbul edilir:

Lk = +(n-1)lz +2;

Lk = r-lk+m+



burada, B- kəsilən küçənin eni, n-bir istiqamətdə hərəkət zolaqlarının sayı; lz-bir zolaqdan digər zolağa keçmə yolunun uzunluğu (lz=1,2 m qəbul edilir); lk-svetofor qarşısında ləngidilən avtomobil növbəsinin uzunluğu; r- dönmə radiusu, m; m- “stop” xəttindən səkiyə qədər olan məsafədir,m.



Yüklə 314,99 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin