Yol hərəkəti haqqında


Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə19/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   15   16   17   18   19   20   21   22   ...   130
yhq az

Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi 

I.  Avtomobil  yollarında  piyada  keçidləri  təhsil,  səhiyyə,  iri  ticarət  (xidmət,  istehsalat)  müəssisələrinin,  nəqliyyatın 

dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin 

yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 



2017v3 

10 


 

II.  Avtomagistralların  yaşayış  məntəqələrindən  keçən  hissələrində  yerüstü  və  ya  yeraltı  keçidlər  arasında  məsafə 

400-800  metr,  digər avtomobil  yollarının yaşayış  məntəqələrindən  keçən  hissələrində  isə  piyada  keçidləri  arasında 

məsafə 150-300 metr (yolayırıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. 

III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir: 

1. avtomagistrallarda - bu qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla; 

2.  digər  avtomobil  yollarında  -  nəqliyyat  vasitələrinin  hərəkət  şiddəti  300  avtomobil/saatdan,  piyadaların  hərəkət 

şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda. 

IV. Bu qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya 

yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə  10.  Avtomobil  yollarının  saxlanılması,  qorunması  və  abadlaşdırılması  zamanı  yol  hərəkəti 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin