Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə
olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
Avtomobil yolları küçələrdən meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi,
saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında
hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9—12-ci maddələrində
nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə,
saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin
müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.
Dostları ilə paylaş: |