Yol hərəkəti haqqında


Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə78/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   74   75   76   77   78   79   80   81   ...   130
yhq az

 

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması 

I.  Dəmiryol  keçidlərindəki  işıq  siqnalları  eyni  səviyyədə  quraşdırılmış,  növbəliklə  işləyən  və  keçiddən  hərəkəti 

qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir. 

II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər. 

III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir. 

IV.  Şlaqbaum  quraşdırılmış  keçidlərdə  bağlı,  yaxud  bağlanmağa  başlayan  şlaqbaum  olduqda,  keçidə  daxil  olmaq 

qadağandır. 

V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. 

Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır. 

VI.  Dəmiryol  keçidlərinə  yaxınlaşma 

  1.1  və 

  1.2  xəbərdarlıq  nişanları  ilə,  yaxud  şlaqbaumla 

nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 

 1.3.1 və 

 1.3.2 xəbərdarlıq nişanları 

quraşdırılmalıdır. 

VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 

 1.4.1, 


 1.4.2, 

 1.4.3, 


 1.4.4, 

 1.4.5, 


 1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu 

zaman onları 

 1.1 və ya 

 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər. 

VIII.  Hərəkət  intensivliyi  az  olan  keçidlərdə 

  2.5  üstünlük  nişanı  quraşdırılır.  Həmin  keçidlərdə  nəqliyyat 

vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin