Yol hərəkəti haqqında


Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə80/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   76   77   78   79   80   81   82   83   ...   130
yhq az

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları 

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə): 

1) 


  “Avtoqatar”  —  qoşqulu  yük  avtomobillərində  və  təkərli  traktorlarda  (1,4  ton  və 

daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda — kabinənin damında bir-birindən 150—300 

mm aralı, üfüqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində; 

2) 


  “Tikanlı  şinlər”  —  tikanlı  şinlər  qoyulmuş  mexaniki  nəqliyyat  vasitələrinin  arxasında  — 

bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan 

üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər); 

3) 


  “Uşaqların  daşınması”  —  avtobusda  dəstə  ilə  uşaq  apararkən,  bu  nəqliyyat  vasitələrinin 

qabağında  və  arxasında  —  qırmızı  haşiyəyə  alınmış  və  içərisində  qara  rənglə 

  1.21  yol  nişanının  simvolu 

təsvir edilmiş sarı rəngli  kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri 

qədər); 

4) 


 “Kar sürücü” — lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında 

və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 

40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində; 

5) 


 “Əlil” — I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və 

qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 

mm ölçülü, daxilində 

 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində; 




2017v3 

52 


 

6) 


  “Həkim”  —  sürücü-həkimlərin  idarə  etdiyi  nəqliyyat  vasitələrinin  qabağında  və  arxasında  — 

tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 

mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində; 

7) 


  “Təlim  nəqliyyat  vasitəsi”  —  sürücülük  öyrətmək  üçün  istifadə  olunan  mexaniki  nəqliyyat 

vasitəsinin qabağında və arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış 

(üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “təlim” 

sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir); 

8) 

 “Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük” — 



50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində; 

9) 


  “Təhlükəli  yük”  —  belə  yüklər  daşıyan  nəqliyyat  vasitələrinin  qabağında  və  arxasında  — 

alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir); 

10) 

 “Uzunölçülü nəqliyyat vasitəsi” — yüklü və ya yüksüz iki və daha çox qoşqusu 



olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında — 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 

1200 x 200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün 

tanınma nişanları quraşdırılır; 

11) 


  “Qəza  dayanma  nişanı”  —  yolun  hərəkət  hissəsində  nəqliyyat  vasitəsi  məcburi  dayandığı 

hallarda quraşdırılır;  

12) 

  “AZ”  fərqlənmə  nişanı  —  beynəlxalq  yol  hərəkətlərində  iştirak  edən  nəqliyyat  vasitələrinin 



Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır; 

13) 


 “Təcrübəsiz sürücü” — nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl 

malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır. 

 

Qeyd:  “Əlil”  tanınma  nişanı  I  və  II  qrup  əlillərə  nəqliyyat  vasitəsi  dövlət  qeydiyyatına  alınarkən  və  ya  onların 

müraciəti  və  müvafiq  əlillik  dərəcəsini  təsdiq  edən  sənəd  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

ödənişsiz  təqdim  olunur.  “Əlil”  tanınma  nişanı  yerləşdirilmiş  nəqliyyat  vasitəsini  idarə  edən  şəxs  əlillik  dərəcəsini 

təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona 

təqdim etməlidir. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin