Yol hərəkəti haqqında


Maddə 74. Xüsusi siqnalların tətbiqi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə82/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   78   79   80   81   82   83   84   85   ...   130
yhq az

Maddə 74. Xüsusi siqnalların tətbiqi 

I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət 

yaratmamaq  şərtilə  bu  Qanunun  tələblərindən  kənara  çıxara  bilər.  Üstün  keçid  hüquqi  olan  operativ  nəqliyyat 

vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. 

II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və 

xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə 

edə bilərlər. 

III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi 

yaxınlaşdıqda,  hərəkətin  digər  iştirakçıları  sağa  dönmə  işıq  göstəricisini  yandırmalı,  üstün  keçid  hüququ  olan 

nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda 

isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. 

IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü 

dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. 




2017v3 

54 


 

V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, 

təmir  və  ya  təmizlik  işləri  görərkən  hərəkət  təhlükəsizliyini  təmin  etmək  şərtilə,  yol  nişanlarının  və  nişanlama 

xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya 

sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar 

etməyə xidmət edir. 

VI. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə 

tutulmuş hallarda icazə verilir. 

VII. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan 

işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər 

texniki  vasitələrlə  və  yaxud  operativ  xidmətlərin  nəqliyyat  vasitələri  üçün  müəyyən  edilmiş  rənglənmə sxemləri ilə 

təchiz  olunmuş  nəqliyyat  vasitələrinin  sahibləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada məsuliyyət daşıyırlar. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin