Yol hərəkəti haqqında


Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə74/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   70   71   72   73   74   75   76   77   ...   130
yhq az

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları 

I.  Məcburi  hərəkət  istiqaməti  nişanları  sürücülərə  nəqliyyat  vasitələrinin  hərəkətinin  icazə  verilmiş  istiqamətini, 

sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 

II. Bu nişanların dairəvi forması və mavi fonu vardır. 

III. 


  4.1.1, 

  4.1.2, 

  4.1.3, 

  4.1.4, 

  4.1.5, 

  4.1.6  nişanları  yalnız  oxlarla 

göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 

IV. 


  4.1.1, 

  4.1.2, 

  4.1.3, 

  4.1.4, 

  4.1.5, 

  4.1.6  nişanlarının  qüvvəsi 

qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 

V.  Yol  sahəsinin  başlanğıcında  qurulmuş 

  4.1.1  nişanı  ən  yaxın  yolayrıcına  qədər  qüvvədə  olur.  Bu  nişan 

həyətlərə  və  yola  bitişik  digər  ərazilərə  girmək  üçün  sağa  dönməyi  qadağan  etmir. 

  4.4  nişanı  minik 

avtomobillərinin,  avtobusların,  motosikletlərin,  və  icazə  verilmiş  maksimum  kütləsi  3,5  tondan  artıq  olmayan  yük 

avtomobillərinin  hərəkətinə  icazə  verir.  Bu  nişan  işarələnmiş  sahədə  yerləşən  müəssisələrə  xidmət  edən,  habelə 

həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə 

verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin