I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas
II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti,
III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər
qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.
IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və
V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya
işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında
xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni
işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az
olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.
2017v3
43
VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, yolun üstü
sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar.
VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə
lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları
qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən
çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı
zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı
nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının
görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa,
onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.
VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq
müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq,
onun alt hissəsindən örtüyə qədər olan məsafə:
1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr;
2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr;
3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan;
4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir.
IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər
məsafə 0,5—2,2 metr,
5.20.1,
5.21.1,
5.21.2,
5.22,
5.23,
5.24,
5.25,
5.26,
5.27 nişanlarının qırağına qədər
olan məsafə isə 0,5—5 metr olmalıdır.
X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı
olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır.
XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: