Yol hərəkəti haqqında


Maddə 58. Nizamlayıcının siqnalları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə68/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   64   65   66   67   68   69   70   71   ...   130
yhq az

 

Maddə 58. Nizamlayıcının siqnalları 

I.  Yollarda,  yolayrıcılarında  və  digər  yerlərdə  yol  hərəkəti  qaydalarına  nəzarəti  həyata  keçirmək,  yol  hərəkətinin 

gərginliyinə  yol  verməmək  və  ya  onu  aradan  qaldırmaq  üçün  nizamlayıcı  siqnallarından  istifadə  olunur  (2  saylı 

Əlavə). 


II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır: 


2017v3 

41 


 

1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar: 

a)  “Diqqət.  Hərəkət  dayandırılsın”  siqnalı  hərəkəti  qadağan  edir,  lakin  siqnal  verilərkən  yolayrıcında  olan 

sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir; 

b) “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin 

və  piyadaların  hərəkətini  qadağan  edir,  sol  və  sağ  tərəfindən  gələn  tramvayların  düzünə,  relssiz  nəqliyyat 

vasitələrinin  düzünə  və  sağa  hərəkət  etməsinə,  sinə  və  arxa  tərəfindən  isə  piyadalara  yolun  hərəkət  hissəsini 

keçməyə icazə verir; 

v)  “Sola  dönmə”  siqnalı  nizamlayıcının  sol  tərəfindən  gələn  tramvayların  sola  dönməsinə,  relssiz  nəqliyyat 

vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa 

tərəfindən  piyadalara  hərəkət  hissəsini  keçməyə  icazə  verir,  sağ  və  arxa  tərəfindən  gələn  nəqliyyat  vasitələrinin 

hərəkətini isə qadağan edir; 

2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar: 

a) “Sürəti azaldın” siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə 

sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir; 

b)  “Sürəti  artırın”  siqnalı  nizamlayıcı  əli  ilə  üfüqi  vəziyyətdə  (saat  əqrəbi  istiqamətində)  dairəvi  hərəkətlər 

edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə 

yolu keçməsini tezləşdirməyi tələb edir; 

v)  “Dayanın”  siqnalı  nizamlayacı  tərəfindən  hər  hansı  nəqliyyat  vasitəsinə  tərəf  yönəldilmişdirsə,  onun 

sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir. 

III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi 

üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq 

yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər. 

IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər. 

V.  Nizamlayıcı  elə  yerdə  dayanmalı  və  elə  təchiz  edilməlidir  ki,  yol  hərəkəti  iştirakçıları  onun  tərəfindən  verilən 

siqnalları  sutkanın  işıqlı  və  qaranlıq  vaxtı  seçə  bilsinlər.  Bu  məqsədlə  sutkanın  qaranlıq  vaxtında  nizamlayıcı  işıq 

düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin