Yol hərəkəti haqqında


Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə65/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   61   62   63   64   65   66   67   68   ...   130
yhq az

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması 

I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda 

səkinin  bordürünün  (hərəkət  hissəsilə  bir  səviyyədə  və  ya  ondan  hündür  olan  yol  örtüyünün  konstruktiv  yan 

məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, 

texniki yardım xidmətinə məlumat verməlidir. 

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması 

yol  hərəkətinin  digər  iştirakçılarına  maneə  yaradırsa,  sürücü  qəza  dayanması  işıq  siqnalını  yandırmalı  və  ya  qəza 

dayanması nişanını quraşdırmalıdır. 




2017v3 

39 


 

III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin 

zolaqda,  nəqliyyat  vasitəsindən  ən  azı  30  metr  məsafədə  elə  quraşdırılır  ki,  yaxınlaşmaqda  olan  nəqliyyat 

vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, 

qəza  dayanma  nişanı  daha  yaxın  məsafədə  və  ya  bilavasitə  nəqliyyat  vasitəsinin  üstündə  elə  qoyula  bilər  ki, 

yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. 

IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı 

və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər 

bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. 

V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 

1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 

2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi 

olan başqa şəxs əyləşməlidir; 

3)  yedəyə  alan  nəqliyyat  vasitəsinin  sürücüsü  hərəkətə  başladıqda,  gündüz  vaxtı  yaxın  işıq  faralarını 

yandırmalıdır; 

4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun 

siqnallar verməlidir; 

5)  nəqliyyat  vasitəsi  öz  kütləsindən  artıq  olan  nəqliyyat  vasitəsini  yedəyə  almamalıdır  (yedəyə  almaq  üçün 

xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 

6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 

7)  yedəyə  alma  zamanı  yedəyə  alınan  avtobusda,  trolleybusda  və  yük  avtomobilinin  bort  platformasında 

sərnişin daşınması qadağandır; 

8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi 

yolu ilə həyata keçirilməlidir; 

9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 

4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər 

metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. 

VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 

1) buzlu yol şəraitində; 

2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 

3) ikitəkərli motosikletlərlə və ya onları; 

4) birdən artıq nəqliyyat vasitəsini. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin