Yol hərəkəti haqqında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə63/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   59   60   61   62   63   64   65   66   ...   130
yhq az

Maddə 53. Parklanma 

I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir. 

II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq 

icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir. 



2017v3 

37 


 

III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

IV.  Parklanma  yerləri 

  5.15  yol  nişanı  və  müvafiq  nişanlama  xətləri  ilə  işarələnməklə  parklanma  yerinin 

başlanğıcı və  sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 

 7.6.1, 


 7.6.2, 

 7.6.3, 


 7.6.4, 

 7.6.5, 


 7.6.6, 

 7.6.7, 


  7.6.8, 

  7.6.9. əlavə məlumat 

nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. 

Yolun  hərəkət  hissəsinin  eni  nəzərə  alınmaqla  parklanma  yerində  nəqliyyat  vasitələrinin  yolun  hərəkət  hissəsinin 

kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. 

V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. 

VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. 

VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik 

avtomobillərinin  istifadəçiləri  üçün  onların  müraciətinə  əsasən  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  pulsuz 

parklanma  yerləri  ayrılır  və  onlara  nəqliyyat  vasitəsinin  istifadəçisi,  markası,  dövlət  qeydiyyat  nişanı,  parklanma 

ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu 

verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti 

orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan 

nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin 

arxasında aydın görünən və oxunan yerə qoyulur. 

VIII.  Fərdi  parklanma  talonlarının  forması,  habelə  onların  verilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

IX. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların 

ətrafında  müvafiq  icra  hakimiyyəti  orqanının  hər  biri  üçün  ayrılıqda  müəyyən  etdiyi  radius  çərçivəsində  ödənişli 

parklanma yerlərinin təşkili qadağandır. 

X.  Parklanma  yerlərinin  5  faizi  (bir  parklanma  yerindən  az  olmayaraq)  əlillər  üçün  ayrılır.  Əlillər  üçün  ayrılmış 

parklanma  yerləri  göy  rəngli  kvadrat  üzərində 

  1.24  nişanlanma  simvolunun  ağ  boya  ilə  təsviri  vasitəsilə 

işarələnir.  Əlillər  üçün  ayrılan  parklanma  yerlərində  yalnız  əlil  avtomobili  nişanı  ilə  nişanlanmış  nəqliyyat  vasitələri 

dura bilərlər. Sürücülər “əlil” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. 

XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik 

kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar 

dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. 

XII.  Nəqliyyat  vasitələrinin  parklanmasına  görə  ödənişin  məbləği  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

parklanma  yerinin  yerləşdiyi  ərazi,  parklanmanın  müddəti  və  vaxtı  nəzərə  alınmaqla  müəyyən  edilir.  Nəqliyyat 

vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. 

XIII.  Ödənişli  parklanma  yerlərində  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının  oxunması,  foto  və  ya  video 

çəkilişin  aparılması,  parklanma  müddətinin  ölçülməsi,  parklanmaya  görə  ödənişin  edilməsi,  ödəniş  və  parklanma 

qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış parkomatlar və foto və ya 

video  qeydiyyat  funksiyalarına  malik  olan  xüsusi  texniki  vasitələr  yerləşdirilir.  Parkomatlar  və  foto  və  ya  video 

qeydiyyat  funksiyalarına  malik  xüsusi  texniki  vasitələr  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya 

sisteminə inteqrasiya olunur. 

XIV.  Ödənişli  parklanma  yerlərində  istifadəçilər  üçün  aydın  görünən  yerdə  və  oxuna  bilən  ölçülərdə  aşağıdakı 

məlumatlar yerləşdirilir: 

1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; 

2) parklanma yerlərindən istifadə qaydaları; 

3)  bu  maddənin  XIX  hissəsində  nəzərdə  tutulduğu  halda  nəqliyyat  vasitəsinin  aparılacağı  müvafiq  icra 

hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumat; 

4) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri. 

XV.  Ödənişli  parklanma  yerlərində  nəqliyyat  vasitələrinin  15  dəqiqəyədək  parklanması  üçün  ödəniş  tələb olunmur. 

Nəqliyyat  vasitəsinin  istifadəçisi  parklanma  yerini  tərk  edərkən  parklanma  müddətindən  asılı  olaraq  bu  maddə  ilə 

müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. 

XVI.  Nəqliyyat  vasitəsinin  istifadəçisi  parklanmaya  görə  ödənişi  parklanma  yerinə  daxil  olarkən  də  apara  bilər.  Bu 

zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata 

keçirilir  və  ödəniş  qəbzi  nəqliyyat  vasitəsinin  salonunda,  ön  şüşənin  arxasında  aydın  görünən  və  oxunan  yerə 

qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə 

ödəniş  etməlidir.  Nəqliyyat  vasitəsinin  istifadəçisi  ödəniş  edilmiş  müddətdən  sonra  10  dəqiqə  ərzində  parklanma 

yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. 




2017v3 

38 


 

XVII.  Parklanmaya  görə  ödəniş  zamanı  parkomatlarda  baş  vermiş  texniki  nasazlıq  səbəbindən  ödənişin  həyata 

keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda 

nəqliyyat  vasitəsinin  istifadəçisi  parklanmaya  görə  ödənişin  edilməməsinə  görə  məsuliyyət  daşımır.  Ödənişin 

edilməsinin  mümkünsüzlüyü  barədə  məlumat  dərhal  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya 

sisteminə ötürülür. 

XVIII. Parklanmaya görə ödəniş qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi, nəqliyyat 

vasitəsinin  parklanma  yerinə  daxil  olduğu  və  oranı  tərk  etməli  olduğu  vaxt,  parklanmaya  görə  edilmiş  ödənişin 

məbləği göstərilməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən nəqliyyat vasitəsinin parklanma yerinə daxil 

olmasına  dair  parkomatdan  parklanma  qəbzi  ala  bilər.  Bu  zaman  parklanma  qəbzində  nəqliyyat  vasitəsinin  dövlət 

qeydiyyat nişanı, parklanma tarixi və parklanma yerinə daxil olduğu vaxt göstərilir. 

XIX. Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq 

saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada 

inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın 

mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsinin  125.2-ci  maddəsinə  nəzərdə  tutulmuş  qaydada  məlumat  verilir.  Nəqliyyat  vasitəsinin  istifadəçisi 

nəqliyyat  vasitəsinin  aparıldığı  müvafiq  icra  hakimiyyəti  orqanının  ən  yaxın  mühafizə  olunan  duracağı  barədə 

məlumatı parkomat vasitəsilə də əldə edə bilər. 

XX.  Bu  Qanunun  XIX  hissəsində  nəzərdə  tutulmuş  müddətin  bitməsinə  1  saat  qalmış  Azərbaycan  Respublikasının 

İnzibati  Xətalar  Məcəlləsinin  125.2.2-ci  maddəsinə  nəzərdə  tutulmuş  qaydada  nəqliyyat  vasitəsinin  istifadəçisinə 

məlumat verilir. 

XXI.  Sürücülər  nəqliyyat  vasitəsinin  parklanmasına  görə  müəyyən  edilmiş  ödəniş  edilmədən  və  ya  ödəniş  edilmiş 

müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən 

parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. 

XXII. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər. 

XXIII. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, 

habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına 

maneələr yaradılması qadağandır. 

XXIV.  Parklanma  yerində  nəqliyyat  vasitələri  yol  nişanları  və  nişanlama  xətləri  ilə  müəyyən  edilmiş  qaydada 

parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini 

pozmaqla parklanmasına yol verilmir. 

XXV.  Parklanma  yerlərində  nəqliyyat  vasitələrinin  parklanmasına  dair  bu  maddədə  göstərilən  tələblərə  əməl 

olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin