Yol hərəkəti haqqında


Maddə 56. Adamların daşınması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə66/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   62   63   64   65   66   67   68   69   ...   130
yhq az

 

Maddə 56. Adamların daşınması 

I.  Banında  adamlar  daşınan  yük  avtomobillərini  yalnız  “S”  kateqoriyalı  (kabinədəki  sərnişinlər  də  daxil  olmaqla  8 

nəfərədək adam daşındıqda), habelə “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə 

icazə verilir. 

II.  Yük  avtomobilinin  bort  platformasında  gedərkən  hərəkət  vaxtı  ayaq  üstə  durmaq,  bort  və  ya  yükün  üstündə 

oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır. 



Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata 

keçirilir. 

III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol 

verilir: 

1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 

0,3 metr aşağıda bərkidilməlidir;  

2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır. 

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır. 

V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında 

sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan 

sonra hərəkətə başlamaq olar. 

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət 

edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş 

olduqda, gedə bilərlər. 

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin 

önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır. 

VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə 

yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. 

IX. Adamların daşınması: 

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), 

traktorun,  digər  özügedən  maşınların  kabinəsindən  kənarda,  yük  qoşqusunda,  qoşqu-yaylaqda,  yük  motosikleti 

banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə; 




2017v3 

40 


 

2)  12  yaşından  kiçik  uşaqları  hesaba  almadan,  nəqliyyat  vasitəsinin  texniki  xarakteristikasında  nəzərdə 

tutulduğundan  artıq  sayda  (nəqliyyat  vasitəsinin  faktik  kütləsi  istehsalçı  müəssisənin  müəyyən  etdiyi  icazə  verilən 

maksimum  kütlənin  kəmiyyətindən  artıq  olmamalıdır)  habelə,  motosikletin  arxa  oturacağında,  minik  avtomobilinin 

qabaq  oturacağında  uşağı  saxlayan  xüsusi  qurğu  olmadıqda,  12  yaşınadək  uşaqları  həmin  nəqliyyat  vasitələrində 

daşımaq; 

3)  yük  avtomobillərinin  bort  platformasında,  ban  furqonlarında  uşaqların  qrup  halında  daşınması  qadağan 

edilir. 


X. Sərnişinlərə: 

1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq 

və ya güclə açmaq; 

2)  hərəkət  vaxtı  tramvayların,  trolleybusların,  avtobusların  və  ya  digər  nəqliyyat  vasitələrinin  pillələrində 

dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq; 

3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını 

açmaq; 

4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; 

5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək; 

6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır. 

XI.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin,  habelə  adamlar  daşınan  yük  avtomobillərinin  sərnişinlərlə 

yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin