Yol hərəkəti haqqında


Maddə 59. Svetoforun siqnalları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə69/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   65   66   67   68   69   70   71   72   ...   130
yhq az

Maddə 59. Svetoforun siqnalları 

I.  Yollarda,  yolayrıclarında  və  digər  yerlərdə  yol  hərəkətini  nizama  salmaq  üçün  svetoforlardan  istifadə  olunur. 

Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). 

II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində 

və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin 

bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. 

III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 

1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 

2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə 

qadağan  siqnalı  yanacaq  (yaşıl  siqnalın  sönməsinə  qədər  qalan  müddəti  sürücülərə  bildirmək  üçün  rəqəmli  tablo 

tətbiq edilə bilər); 

3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq 

edir; 


4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin 

olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 

5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 

6)  qırmızı  və  sarı  rəngli  işıqların  eyni  vaxtda  yanması  —  bu  siqnal  hərəkəti  qadağan  edir  və  tezliklə  yaşıl 

siqnalın yanacağını bildirir. 

IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə 

eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə 

icazə  verən  ox,  müvafiq yol  nişanının  geriyə  dönməyi  qadağan  etmədiyi  hallarda,  geriyə  dönməyə  də  icazə  verir. 

Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə 

hərəkətin qadağan edilməsi deməkdir. 

V.  Svetoforun  əsas  yaşıl  işığının  üstünə  qara  konturlu  ox  (oxlar)  çəkilmişsə,  bu,  sürücülərə  svetoforun  əlavə 

bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə 

verir. 

VI.  Svetoforun  işığı  piyada  (velosiped)  silueti  şəklindədirsə,  onun  qüvvəsi  yalnız  piyadalara  (velosipedçilərə)  şamil 

edilir.  Bu  zaman  yaşıl  işıq  piyadaların  (velosipedçilərin)  hərəkətinə  icazə  verir,  qırmızı  işıq  isə  onların  hərəkətini 

qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan 

da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200x200 mm ölçüdə ağ rəngli 

düzbucaqlı lövhə əlavə olunur. 

VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs 

siqnalı da əlavə edilə bilər. 




2017v3 

42 


 

VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat 

vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda  qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli 

yaşıl  siqnalı  olan  qarşılıqlı  svetoforlar  tətbiq  edilir.  Bu  siqnallar  onların  altında  yerləşən  zolaqda  hərəkəti  müvafiq 

sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola 

istiqamətləndirilmiş  oxşəkilli  sarı  siqnal  əlavə  edilə  bilər;  onun  yanması  siqnalın  dəyişəcəyini  və  oxun  göstərdiyi 

zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 

 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış 

qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. 

IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin 

nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün “T” hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan 

birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və 

ya  bir  neçə  siqnal  —  hərəkətə  icazə  verir.  Aşağı  siqnalla  birlikdə:  yuxarıdakı  sol  siqnal  yananda  —  sola,  ortadakı 

yananda — düzünə, sağdakı yananda — sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, 

hərəkət qadağandır. 

X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. 

Yanıb-sönən  ağ-sarımtıl  və  sönmüş  qırmızı  siqnal  olduqda  görmə  sahəsi  həddində  keçidə  yaxınlaşan  qatarın 

(lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir. 

XI.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  yol  hərəkəti  təhlükəsizlik  komissiyasının  qərarı 

olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır. 

XII.  Yollarda  svetoforların  qurulması  və  onların  lazımi  vəziyyətdə  işləməsinə  nəzarət  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

XIII. Müvafiq qərar olmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. 

  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin