Yol hərəkəti haqqında


Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə70/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   66   67   68   69   70   71   72   73   ...   130
yhq az

Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi 

I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. 

II.  Svetoforun  və  ya  nizamlayıcının  qadağanedici  siqnalı  verildikdə  sürücülər  nəqliyyat  vasitələrini  stop-xətt 

(

 1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən 



yolun  hərəkət  hissəsi  qarşısında),  piyada  keçidi  qarşısında,  digər  yolayrıclarında  isə  svetofor  qarşısında 

dayanmalıdırlar: 

1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini 

nəzərə almaqla); 

2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 

3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor 

və ya nizamlayıcı qarşısında. 

III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. 

IV.  Svetoforun  sarı  işığı  yandıqda  və  ya  nizamlayıcı  qolunu  yuxarı  qaldırdıqda  nəqliyyat  vasitəsini  kəskin 

tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə 

hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu 

mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. 

V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə 

zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. 

VI. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması 

barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin