Maddə 62. Xəbərdarlıq nişanları
I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə
yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.
II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (
1.3,
1.4 və
1.31
qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə
tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır
olmalıdır.
III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi
imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150—300 metr, yaşayış
məntəqələrində isə 50—100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla
bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan
7.1.1 lövhəciyi ilə
quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə
7.1.3 və ya
7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.
IV. Xəbərdarlıq nişanlarını:
1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən
1.23 nişanı işlərin aparıldığı yerə 10—15
metr qalmış (
7.1.1 lövhəciyi olmadan);
2017v3
44
2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə,
1.13 və
1.14 nişanları
7.1.1 lövhəciyi
olmadan, enişin və ya yoxuşun başlanğıcında;
3) yaşayış məntəqələrindən kənarda
1.1,
1.2,
1.9,
1.10,
1.21 и
1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;
4)
1.3.1 və
1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.
Dostları ilə paylaş: |