285) Aşağıdakılaran hansı skarlatinanın əsas əlamətlərinə aid deyil?
A) Hiperemiya fonunda qovuşan nöqtəvari səpkilər
B) Dərinin təbii büküşlərində səpkilərin sıxlaşması
C) Hərarət, intoksikasiya
D) Artrit
E) Kəskin tonzillit, çənəaltı limfadenit
Ədəbiyyat: В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
286) Aşağıdakilardan hansı infeksion mononukleoz üçün səciyyəvi əlamət deyil?
A) Hepatosplenomeqaliya
B) Angina
C) Arxa - boyun limfa düyünləri qrupunun əsasən böyüməsi ilə limfadenopatiya
D) Atipik mononuklearların olması
E) İnfeksion - toksik ensefalopatiya
Ədəbiyyat: В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
287) Infeksion mononukleoz diaqnozunun qoyulması üçün hansı laborator müayinədən istifadə olunmur? (İFA - immun - fluoressensiya analizi)
A) Askoli reaksiyası
B) Kapsid antigeninə İgM və İgİ (İFA)
C) Paul - Bunnel reaksiyası
D) Ürək antigeninə summar (İFA)
E) PZR
Ədəbiyyat: В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
288) Uşaqlarda göy öskürəyin ağır formasının müalicəsində aşağıdakilardan hansı istifadə olunmur?
A) Antibiotiklər
B) Spesifik immunoqlobulin
C) Oksigenoterapiya
D) Qlükokortikoidlər
E) Tənəffüs analeptikləri
Ədəbiyyat:В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
289) Məktəbyaşlı uşaqlarda qızılcanın ən tipik fəsadına aşağıdakılardan hansı aiddir?
A) Haymorit
B) Otit
C) Bronxit
D) Meninqoensefalit
E) İrinli meningit
Ədəbiyyat: В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - МЕДИА1998
Dostları ilə paylaş: |