6. Refrijerator konteynerlərə enerjinin verilməsi.
Limanın sahəsində və ya xaricində enerjiyə ehtiyacı olan konteynerlərə elektrik və yanacaq liman müəssisəsi tərəfindən verilir. Liman müəssisəsi kafi enerjini verəcək vasitələri konteyner əməliyyatı üçün hazır tutur. İş sahibi və ya konteyner sahibinin tələbi üzərinə bu enerjini vermək məcburiyyətindədir.
7. Anbar xidmətləri.
Anbar xidməti terminal sahəsi, xarici sahə və CFS stansiyaları ilə doklar və körpülərə istənilən dolu və boş konteynerlərin yük sahibi və ya daşıyıcı tərəfindən təslim alınmasına və ya gəmi ilə gedəcək dolu və boş konteynerlərin gəmiyə yüklənməsinə yaxud ləğvetmə və s. səbəblərlə liman sahəsindən çıxarılmasına qədər müəssisənin məsuliyyəti altında mühafizə edilməsi xidmətidir.
Anbar xidməti gəmi ilə gələn dolu və boş konteynerlərin sahəyə (terminal 'a) və xarici sahəyə endiyi gün, quru yol vasitəsi ilə terminal sahəsinə gələn dolu və boş konteynerlərin daşıyıcı vasitədən alınaraq terminala qoyulduğu gün anbar xidməti başlayır, dolu və boş konteynerlərin sahibi və ya nümayəndəsinə konteynerin təslim edildiyi gün bitir.
Dostları ilə paylaş: |