Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»



Yüklə 1,15 Mb.
səhifə41/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   33   34   35   36   37   38   39   40   41
SON

İCO–nun işarələri

Brutto kütlə, ton

Qabarit ölçüləri, mm

uzunluğu

eni

Hündürlüyü

1 A

30,48

12192

2438

2438

1 AA

30,48

12192

2438

2591

1 AX

30,48

12192

2438

2438

1 B

25,40

9125

2438

2438

1 BB

25,40

9125

2438

2591

1 BX

25,40

9125

2438

2438

1 C

20,32

6058

2438

2438

1 CC

20,32

6058

2438

2591

1 CX

20,32

6058

2438

2438

1 D

10,16

2911

2438

2438

1 DX

10,16

2911

2438

2438

1 E

7,11

1968

2438

2438

1 F

5,08

1460

2438

2438

Beynəlxalq gəmiçilikdə istifadə edilən hər bir konteyner öz konstruksiyasına və texniki vəziyyətinə görə təhlükəsiz konteynerlər üzrə 1972–ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə cavab verməlidir.

Konvensiyanın qaydalarına müvafiq olaraq konteyner ölkələrdə fəaliyyət göstərən və konteynerlərin təhlükəsiz istismarına nəzarət edən inzibati orqan tərəfindən yoxlanılmalı və xüsusi sertifikata malik olmalıdır.Şəhadətnamə ilkin olaraq 5 il müddətinə verilir və sonra bu proses hər iki ildən bir aparılır.


Cədvəl 3.2
Universal konteynerlər

Ölçülər,mm

qapılar

Eni

İritonnajlı konteynerlər

2133

2133


2133

Orta tonnajlı konteynerlər

2100

2100


2150

Az tonnajlı konteynerlər

1775

1500


Uzunluğu

2286

2286


2286

1952

1225


1229

960

910


Daxili

Eni

2299

2299


2299

2510

1225


1232

960

910


Uzunluğu

11998

5867


2802

1950

1980


1980

1710

1070


qabaritlər

Eni

2438

2438


2438

2650

1325


1325

1050

1000


uzunluğu

12192

6058


2291

2100

2100


2100

1800

1150


Kütlə,ton

Tara

-

-

-



0,95

0,75


0,5

0,36

0,26


Brutto

30,48

20,32


10,16

5,0

5,0


2,5 (3)

1,25

0,625


Konteynerlərin növləri və şərti işarələr

İCO

1 A

1 C


1

-

-

-



-

-


Tip

UUK-30

UUK-220


UUK-10

UUK-5

UUK-5U


UUK-2,5(3)

AUK-1,25

AUK-0,625


Son dövrlərdə dəniz daşımalarında hündürlüyü 9,5 fut yaxud 2852,4 mm olan konteynerlərdən geniş istifadə edilir.Bu, 40 futluq konteynerin daxili həcmini 65,6m³ - dən 76,0 m³-ə qədər artırmağa imkan verir.Bu cür konteynerlər “High Cube Containers” adlanırlar.

Konkret konteyner barəsində bütün zəruri informasiya latın əlifbasının 6 hərfi və 11 rəqəmdən ibarət markalanma şəklində onun yan divarları , qapıları və üst hissəsi üzərində əks etdirilir.

Bütövlükdə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən standartlaşdırılmış 11 konteyner növü aşağıdakı kimi kodlaşdırılır:



  1. 00 – 09 Universal tipli konteynerlər;

  2. 10 – 12 Təbii ventilyasiya sisteminə malik konteynerlər;

  3. 13 – 19 Süni ventilyasiya sisteminə malik konteynerlər;

  4. 20 – 24 Bərkiməyən quru yüklər üçün üstü qapalı konteynerlər;

  5. 25 – 29 Avtomobillər və heyvan mənşəli yüklər üçün dar çərçivədə

ixtisaslaşmış konteynerlər ;

  1. 30 – 44 İzotermik konteynerlər;

  2. 45 – 49 İstilikdən izolə edilmiş soyudulmayan konteynerlər;

  3. 50 – 59 Müxtəlif tipli üstü açıq (qapaqsız) konteynerlər;

  4. 60 Konteyner – platforma,flet,stellaj;

  5. 61 – 69 Müxtəlif tipli fletlər;

  6. 70 – 79 Konteyner – çənlər,elastik konteynerlər;

  7. 80 – 89 Konteyner – xopper;

  8. 90 – 99 Aviasiya konteynerləri.

Qeyd etmək lazımdır ki,konteynerlərin ixtisaslaşdırılması prosesi davam edir və hər il yeni – yeni xüsusi təyinatlı konteynerlər meydana çıxır.


    1. Konteynerlərin yüklənilməsi, aşırılması və daşınılma

texnologiyası.

İxtisaslaşdırılmış konteynerdaşıyan gəmilərin limanlarda sürətlə yüklənib–boşaldılması yalnız o zaman mümkündür ki,yola salınması nəzərdə tutulan konteynerlər vaxtlı–vaxtında hələ gəminin limana gəlməsindən əvvəl yükləmə əməliyyatına hazır olsun.Bu baxımdan son illərdə beynəlxalq gəmiçilikdə bir sıra qaydalar işlənib – hazırlanmışdır.Bu qaydalar dəniz daşımaları praktikasında geniş tətbiq edilir.Bu qaydalar yüklərin konteynerlərin içərisində yerləşdirilməsi,yığılması və bərkidilməsi ilə bağlı məsələləri əhatə edir.

Yükü konteynerin içərisinə yükləməzdən əvvəl konteynerin texniki vəziyyətini müəyyən etmək üçün ona ciddi baxış keçirilir.Baxışın məqsədi mümkün defektlərin və konteynerin verilmiş yükün daşınılması üçün yararlı olub – olmamasını müəyyən etməkdən ibarətdir.Baxışın nəticələri xüsusi blankda qeyd edilir.

Bir qayda olaraq konteynerə baxış onun içərisindən və qapıların bağlı olduğu halda həyata keçirilir.Açarların vəziyyəti,qapıların örtülmə kipliyi,daxili avadanlıq nəzərdən keçirilir,markalanma işarələri yoxlanılır.Əgər baxış zamanı müəyyən edilən defektlər yükün keyfiyyətinə və salamatlığına mənfi təsir göstərərsə,onda konteyner yararsız hesab edilir.Yüklərin konteynerin içərisinə yüklənilməsi texnoloji xəritələr üzrə və xüsusi tələblərə riayət olunması şərti ilə həyata keçirilir.

Yüklərin konteynerə yüklənilməsi zamanı iki məqam xüsusi diqqət tələb edir:


  1. Yük konteynerdə elə yerləşdirilməlidir ki,yüklü konteynerin ağırlıq mərkəzi onun döşəməsinin həndəsi ağırlıq mərkəzinə mümkün qədər yaxın olsun.Yük əməliyyatları zamanı belə hal xüsusi əhəmiyyət kəsb edir;

  2. Əgər yük hiqroskopikdirsə,onda kəskin temperatur dəyişikliyi zamanı meydana çıxan rütubətin aradan qaldırılması təmin edilməlidir.Bu konteynerin içərisində yerləşdirilən xüsusi rütubət uducu maddənin – selikagelin köməyilə təmin edilə bilər.

Yük konteynerə əl üsulu,orta yaxud elektroyükləyicilərin və ya kranın (üstü açıq konteynerdə ) köməyilə yüklənə bilər.Yüklərin konteynerin içərisində düzülüş üsulu əksər hallarda onların qablaşdırıldıqları taranın növündən asılıdır.

Yeşiklərdə,qutularda,çəlləklərdə,barabanlarda və s. tara növlərində yerləşən yüklərin konteynerə yüklənməsi iki üsulla həyata keçirilir: altlıqlar üzərində yerləşdirilmiş və xüsusi lentlərlə bağlanmış halda hər bir yük yeri konteynerə tək – tək yüklənir.Birinci halda istifadə edilən altlıqların ölçüləri,adətən,1200 100 mm və yaxud 1100 1100 mm təşkil edir.Yüklərin sürüşərək yerlərini dəyişməməsi üçün konteynerin içərisində qalan sərbəst boşluq plastik materialdan hazırlanmış hava yastığı ilə doldurulur yaxud yük taxta parçaları vasitəsilə bərkidilir.Bu olduqca vacibdir,belə ki,hərəkət zamanı konteynerdaşıyan gəmi güclü yırğalanmalara məruz qalır.Bu zaman həm konteynerin özü,həm də onun içərisindəki yük böyük dinamik təsirlərə məruz qalır.

Standartlaşdırılmış konteynerlərin nisbi yükgötürmə qabiliyyəti onların ölçülərindən asılıdır: uzunluğu 6 m olan konteynerlər üçün – 0,56 t/m³ ; uzunluğu 9m olan konteynerlər üçün – 0,46 t/m³ , uzunluğu 12 m olan konteynerlər üçün isə - 0,4 t/m³ təşkil edir.

Konteynerin yük tutumundan və yükgötürmə qabiliyyətindən daha tam şəkildə istifadə etmək üçün yükün nisbi yüklənmə həcmi konteynerin nisbi yük tutumuna bərabər və ya maksimal dərəcədə ona yaxın olmalıdır.

Konteynerdaşıyan gəmilər bir qayda olaraq ixtisaslaşmış yükaşırma avadanlıqları ilə təchiz edilmiş konteyner terminallarında yüklənib – boşaldılır.Terminal bir yaxud bir neçə körpüdən ibarət ola bilər.Konteyner terminallarının əsas texnoloji obyektləri aşağıdakılardır:


  • yükləmə - boşaltma əməliyyatlarının həyata keçirilməsi üçün operativ sahəyə malik yük cəbhəsi;

  • konteynerlərin çeşidlənməsi üçün sahə;

  • yerüstü nəqliyyat vasitələri ilə limana daxil olan konteynerlərin yerləşdirilməsi üçün anbar sahəsi;

  • dəmiryol və avtonəqliyyat vasitələrinin yüklənib – boşaldılması üçün yük cəbhəsi;

  • konteynerlərin özlərinin yüklənib - boşaldılması və komplektləşdirilməsi üçün açıq və örtülü anbarlar;

  • xüsusi tərəzilərlə təchiz edilmiş nəzarət – buraxılış məntəqəsi;

  • gəmilərə yükləniləcək konteynerlərin kütləsini və ağırlıq mərkəzlərinin yerdəyişməsini müəyyən etmək üçün tərəzilər.

Hazırda konteyner terminallarında olduqca müxtəlif tipli qaldırıcı – nəqliyyat maşınları tətbiq edilir.Bu qaldırıcı maşınların əksəriyyəti xüsusi yüktutucu qurğu – spreder vasitəsilə konteynerləri üst tərəfdən üzərlərindəki fitinqlərdən tutmaqla yükləyib – boşaldırlar.

Konteyner dövriyyəsi böyük olmadıqda onların yüklənib – boşaldılması üçün universal portal kranlardan istifadə etmək olar.

Konteynerin sahildən gəmiyə və əksinə yerdəyişməsini təmin etmək üçün adətən, xüsusi təyinatlı kran – porteyner tətbiq edilir.Porteynerin yüktutucu qurğusu 360 ° fırlana bilir.Porteynerin yükgötürmə qabiliyyəti İCO standartlı iri tonnajlı konteynerin brutto kütləsinə müvafiqdir.

Operativ yük cəbhəsi ərazisində yerləşən əsas qaldırıcı – nəqliyyat maşınları ilə yanaşı terminallarda konteynerlərin dəmiryol platformalarına və avtomobillərə yüklənib – boşaldılması üçün kranlar,konteynerlərin limanın ərazisində yerdəyişməsini həyata keçirən avto və elektro yükləyicilər , avtotranspartyorlar, roltreyler,qoşqular,şassilər,dartqı maşınları və s. fəaliyyət göstərirlər.

İCO standartlı konteynerlər terminallarda aşağıdakı texnoloji sxemlər üzrə yüklənib – boşaldıla bilər:


  1. Gəmi – porteyner (spreder) – körpü (şassi) – dartqı qurğusu (şassi) – anbar (şassi);

  2. Anbar (şassi) – dartqı qurğusu (şassi) – transteyner (spreder) – platforma;

  3. Gəmi – porteyner (spreder) - körpü (şassi) – dartqı qurğusu (şassi) – transteyner (spreder) – anbar.

İxtisaslaşmış konteynerdaşıyan gəmilər bir göyərtəli gəmilərdir.Onların trümlərinin ölçüləri standart konteynerlərin ölçülərinə müvafiq olur.Konteynerdaşıyan gəmilər şərti olaraq okean və fider tipli iki qrupa bölünürlər. Gəmilərin göyərtələrinin ümumi açılış əmsalı 80 – 85 % təşkil edir.Ponton tipli trüm qapaqları üzərlərində konteyner yerləşdirməyə imkan verir.

Üzmə təhlükəsizliyinin təmin edilməsi baxımından konteynerdaşıyan gəmilər üçün ən mürəkkəb problem müxtəlif yüklənmə variantları zamanı müvafiq dayanıqlığın təmin edilməsidir.Bu vəziyyət bir çox səbəblərdən asılıdır ki,onlardan ən vacibləri yüksək bort , üst göyərtə üzərində yükün mövcudluğu və hərəkət zamanı böyük miqdarda yanacaq sərfiyyatıdır.Gəmilərin trümlərinin yeşik formasında olması böyük miqdarda həcm itkisinə gətirib çıxarır.Bu səbəbdən gəmilərin nisbi yük tutumları 2,5 – 3,0 m³ təşkil edir.İri tonnajlı gəmilərin yanacaq çənlərinin tutumu 10 – 15000 m³-ə çatır.Ballast çənlərinin həcmi bəzən 15000 m³ və daha çox olur.Ballast çənlərinin ümumi tutumu gəminin dedveytinin 20-40%-i təşkil edir.Gəmi səfərə çıxarkən ballast tankları 50%-dən 70%-dək doldurulur,qalan həcm yanacaq ehtiyyatı sərf edildikcə doldurulur.

Konteynerdaşıyan ixtisaslaşmış gəminin trümləri xüsusi yuvacıqlara bölünür. Bu yuvacıqların ölçüləri əsas etibarilə 20 futluq konteynerin ölçüsünə müvafiqdir. Müasir gəmilərin trümlərindəki yuvacıqlar hündürlükləri 8,5 və 9 fut olan standart konteynerlərin yerləşdirilməsini nəzərdə tutur.Konteynerlər trümdə 6-7 yarus üst-üstə düzüldükdə göyərtəyə düşən ağırlıq qüvvəsi 20 futluq konteyner üçün 20,3 ton– qüvvəni , 40 futluq konteyner üçün isə 30,48 ton – qüvvəni aşmamalıdır. “Təhlükəsiz konteynerlər üzrə konvensiya”(1972) konteynerlərin 6 yarusdan artıq üst-üstə yığılmasına icazə vermir.

Su üstü bortunun hündürlüyü 1,5 m-dən aşağı,sürəti 15 uzelədək,sürəti 15 uzeldən çox su üstü bortunun hündürlüyü isə 2,2 m-dən aşağı olan gəmilərin üst göyərtəsi üzərində konteyner yerləşdirilməsinə icazə verilmir.

İri tonnajlı konteynerdaşıyan gəmilərdə 6 rəqəmli nömrələnmə sistemi tətbiq edilir.Bu sistem hər bir koordinat üçün rəqəmlər cütlüyündən istifadəyə əsaslanır.

Birinci cütlük gəminin burun hissəsindən başlayacaq bütün gəmi boyunca sıraların (seksiyaların ) sayını göstərir.Tək rəqəmlər 20 futluq konteynerlər,cüt rəqəmlər üçün 40 futluq konteynerlər üçün yuvacıqları ifadə edir.

İkinci cütlük gəminin diametral müstəvisindən başlayaraq en üzrə sıraları göstərir.Sağ bortun yuvacıqları tək,sol bortdakı yuvacıqlar isə cüt rəqəmlərlə ifadə edilir.

Üçüncü cütlük hündürlük üzrə yarusun nömrəsini əks etdirir.Bu zaman trümdə yerləşən yuvacıqların nömrələri 0-dan,üst göyərtədəkilər isə 1-dən başlayaraq qeyd edilir.

İxtisaslaşmış gəminin konteyner daşıması üçün uyğunluq dərəcəsini qiymətləndirmək üçün bir neçə göstəricidən istifadə edilir:


  1. Konteyner tutumu əmsalı:

; (4.9)

burada K – bütün konteynerlərin həcmidir,m³;

M – gövdənin kub moduludur (M=LBH),m³.


  1. Təmiz yükgötürmə qabiliyyətindən istifadə əmsalı:

, (4.10)

burada Pk – bütün konteynerlərin kütləsidir,ton;

Dt – təmiz yükgötürmə qabiliyyətidir,ton.


  1. Yük tutumundan istifadə əmsalı:

, (4.11)

burada K – bütün konteynerlərin həcmidir,m³;

Wk – trümlərin yük tutumudur,m³.

Müxtəlif təyinatlı gəmilərin konteyner tutumu geniş intervalda dəyişir.



Nəticə

1. Beynəlxalq ticari - iqtisadi əlaqələr sistemində dəniz nəqliyyatı olduqca mühüm yer tutur.Son statistik məlumatlara əsasən ümumdünya ticari yük dövriyyəsinin 93%-ə yaxını dəniz nəqliyyatından keçir.Aparılan müşahidələr göstərir ki,son 40 il ərzində dəniz yükdaşımalarının həcmi 4 dəfədən də çox artmış və təxminən 5,3 mlrd. ton təşkil edir.Mütəxəssislərin proqnozlarına əsasən daşımaların həcmində artım dinamikası yaxın dövrlərdə də davam edəcəkdir.

2. Beynəlxalq dəniz yükdaşımalarının strukturunda general yüklər qrupu xüsusi yer tutur.Onların ümumi kütləsi dənizlə daşınılan bütün yüklərin 22%-ni təşkil etsə də,onların ümumi dəyərinin təxminən 70%-dən çoxunu əhatə edir.General yüklərin əsas hissəsini baha qiymətli hazır məhsullar təşkil edir.Bu səbəblərdən yüklərin mənzil başına tez,zədələnmədən və toxunulmazlığının təmin edilməsi şərti ilə çatdırılması mühüm əhəmiyyət kəsb edir.Yüklərin iriləşdirilmiş yük vahidləri şəklində formalaşdırılması bu məsələlərin həlli istiqamətində əldə edilən nailiyyətlərdəndir.

3. İriləşdirilmiş yük vahidləri içərisində yüklərin konteynerlərlə daşınılması üsulu konteyner nəqliyyat-texnoloji sisteminin inkişafına güclü təkan verdi.Ötən əsrin 60-cı illərindən başlayaraq konteyner nəqliyyat-texnoloji sistemi geniş tətbiq edilməyə başladı.Əvvəlcə konteynerlər adi quru yük gəmiləri vasitəsi ilə daşınılırdı.Hazırda konteynerlər ixtisaslaşdırılmış konteynerdaşıyan gəmilərlə daşınılır.Son nəsil konteynerdaşıyan gəmilərin konteyner tutumu 7500 hətta 8000 ədəd 20 futluq konteynerə,sürətləri isə 26-33 uzelə bərabərdir.Bu ixtisaslaşmış gəmilərin təkmilləşdirilməsi bu gündə davam edir.

4. Konteyner nəqliyyat-texnoloji sisteminin tam kompleksinin tərkibinə daxil olan elementlər olduqca böyük kapital tutumuna malikdir.Məsələn,dünyanın ən böyük konteyner dövriyyəsinə malik Nyu-york və Rotterdan kimi limanlarında ixtisaslaşmış terminalların yaradılmasına 500 mlrd.ABŞ dollarından çox vəsait sərf edilmişdir.İri tonnajlı konteynerdaşıyan gəmilərin tikintisinə 100 mln.dollarla vəsait qoyulur.Lakin,bu sisteminin yüksək iqtisadi səmərəyə malik olması nəticəsində kapital qoyuluşu tez bir zamanda özünü doğruldur.

5. Konteynerdaşıyan gəmilərin tətbiqi yükaşırma işlərinin məhsuldarlığını 8-10 dəfə artırmağa,yükaşırma işlərinin maya dəyərini 7-10 dəfə aşağı salmağa doker-mexanizatorların sayını 10-15 dəfə azaltmağa,körpünün yükburaxma qabiliyyətini 8-10 dəfə artırmağa və daşımaların maya dəyərini 30-40% aşağı salmağa imkan verir.

Müasir dövrdə konteyner sisteminin tətbiqi qlobal xarakter almışdır və bütün nəaliyyat növlərini əhatə edir.



Ədəbiyyat

      1. Снопков В.И. «Технология перевозок грузов морем», Санкт – Петербург, «Мир и семья», 2001 г.,545 стр.

      2. Кружников К.И. ,Чунтонова Ю.А. «Транспортные условия внешнеторговых контрактов», Москва , «Рос Консульт» ,2002 г.,236 стр.

      3. Винников В.В. «Экономика предприятия морского транспорта» , Одесса, «Латстар» ,2001 г.,416 стр.

      4. Дубиский П.Р. «Технологические средства укрупнения грузовых мест при функционировании прогрессивных транспортно – технологических систем» , Москва , «Морфлот» ,1982 г.,68 стр.

      5. Когетов С.Н. «Прогрессивные транспортно – технологические системы на морском транспорте» , Москва, «Транспорт»,1981 г.,232 стр.

      6. Осипов В.Т. «Контейнерные перевозки на водном транспорте», Москва , «Транспорт»,1984 г.,272 стр.

      7. Бурмистров М.М. «Мировое морское судоходства»,Москва, «Транспорт», 1979 г.,280 стр.

      8. Клименко К.Н. «Контейнерные и пакетные перевозки» , Москва, «Транспорт» , 1978 г.,192 стр.

      9. Союзов А.А. и др. «Организация и планирование работы морского флота» , Москва , «Транспорт» , 1979 г.,416 стр.

      10. Винников В.В. «Экономика и эксплуатация морского транспорта», Одесса, «Феникс»,2003 г.,343 стр.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin